"Bu, səs-küy yaradacaq" - Şahindən yeni mahnı

"Bu, səs-küy yaradacaq" -  Şahindən yeni mahnı
20:36 4 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Gənc ifaçı Şahin “Gəl ömrümə” adlı yeni mahnısını təqdim edib.

Axşam.az-ın məlumatına görə, ifaçı mahnının dinləyicilər tərəfindən seviləcəyinə inandığını deyib.

Şahin bildirib ki, bu yaxınlarda Türkiyədən səfərdən qayıdıb:

“İlk açıqlamamda dedim ki, türkiyəli bəstəkardan təklif almışam. Təklifi qəbul etdim, mahnını hazırlamışıq. Bir həftəyə həmin ifamı dinləyicilərin ixtiyarına verəcəm. Bu mahnı səs-küy yaradacaq”.

Qeyd edək ki, Şahin türkiyəli aktyor Kıvanç Tatlıtuğa bənzərliyi ilə gündəmə gəlib. Kıvança oxşamasına görə ifaçıya türkiyəli rejissorlardan və bəstəkarlardan təkliflər gəlib.







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR