Polisə hücum edən əlilin başı kəsiləcək

Polisə hücum edən əlilin başı kəsiləcək
20:37 4 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

23 yaşlı Munir Adam 5 il əvvəl Səudiyyə Ərəbistanında hökumət əleyhinə keçirilən nümayişlərdə guya polisə hücum etməkdə ittiham olunur.  Milli.Az modern.az-a istinadən bildirir ki, qohumları o vaxt 18 yaşı olan Munirin qanun keşikçilərinə hücum etdiyini işgəncə altında boynuna aldığını deyiblər.
Məhkəmə onun barəsində ölüm hökmü çıxarıb - Munirin başı kəsilməlidir.
Doğmalarının verdiyi xəbərə görə, o, 6 il əvvəl bədbəxt hadisə səbəbindən əlil olub. Onun eşitmə qabiliyyəti tamam və görmək imkanı isə qismən itib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR