İrandan Səudiyyəni rahatladacaq - Qərar

İrandan Səudiyyəni rahatladacaq - Qərar
20:52 4 Noyabr 2016
78 Dünya
Ölkə mətbuatı
A- A+

İranda Səudiyyə Ərəbistanı səfirliyinə hücum edənlər barədə qərar verilib.
Milli.Az axar.az-a istinadən bildirir ki,Tehran məhkəməsi səfirliyə hücumla bağlı üç nəfərin 6 ay müddətinə həbs edilməsi və 70 qırmanc cəzasına məhkum edilməsi barədə qərar çıxarıb.

Müttəhimlərdən 12 nəfər haqqında 91 gün təxirə salınmış həbs cəzası qərarı verilib, digər 5 nəfər isə bəraət alıb. Müttəhimlərin qərarla bağlı kassasiya məhkəməsinə müraciət edəcəyi gözlənilir.
 
Qeyd edək ki, bu ilin yanvar ayında Ər-Riyadda şiə din xadimi Şeyx Nimr Baqir əl Nimrin edam edilməsindən sonra Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum təşkil edilmişdi.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR