“Alan” Bakıda konsert verdi - FOTO

“Alan” Bakıda konsert verdi - FOTO
21:05 4 Noyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Şimali Osetiyanın "Alan" Dövlət Rəqs Ansamblının konserti olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Alan" müxtəlif illərin konsertlərindən ən yaxşı xoreoqrafiya nümunələrini təqdim edib. Ansamblın repertuarına həm Osetiya, həm də Qafqazın digər xalqlarının milli rəqsləri daxildir. Geyimlər, habelə orkestr və mahnı müşayiəti ansamblın çıxışlarına xüsusi kolorit verir.

Ansamblın bədii rəhbəri Şimali Osetiya Respublikasının Xalq Artisti Timur Sikoyevdir.

Yetmiş yaşlı "Alan" Dövlət Rəqs Ansamblının kollektivi bu illər ərzində dünyanın müxtəlif ölkələrində Osetiya mədəniyyətini təqdim edib və milyonlarla insanın qəlbinə yol tapıb.

"Alan"ın hər bir çıxışı osetin xalqının tarixini və taleyini əks etdirən kompozisiya təsiri bağışlayır.

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR