800 qr-lıq körpə uğurla əməliyyat olunub

800 qr-lıq körpə uğurla əməliyyat olunub
22:05 4 Noyabr 2016
249 Maraqlı
Ölkə mətbuatı
A- A+

Rusiyanın Ulan-Ude şəhərində qeyri-adi unikal cərrahi əməliyyat keçirilib.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, vaxtından əvvəl doğulmuş 800 qr-lıq körpə çox ciddi mədə-bağırsaq patologiyaları ilə dünyaya gəlib - körpənin bağırsaqları qarın boşluğunda deyil, bayırda idi, qida borusu ilə mədə bitişməyib. Uşağa təcili əməliyyat tələb olunurdu, əks halada körpə tez bir zamanda həlak ola bilərdi.

İlk əməliyyat zamanı cərrahlar uşağın bağırsaqlarını qarın boşluğuna yerləşdiriblər. 2 gündən sonra isə növbəti əməliyyat zamanı mədə borusunun mədə ilə əlaqəsi bərpa olunub.  Hər iki əməliyyat çox uğurla keçib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/486385.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR