Qarışıq döyüş növlərində dünyanın ən güclü qadın idmançılarından sayılan Ronda Rouz karyerasını başa vuracağına işarə edib.
Milli.Az publika.az-a istinadən bildirir ki, dekabrın 30-da Las-Veqasda Amanda Nunyeslə rinqə çıxacaq Rouz pərəstişkarlarını üzən açıqlama verib: "Son döyüşlərimdən biri olacaq. Hər kəs diqqətlə izləsin. Şou sonsuza qədər davam edə bilməz. Hər şeyin bir sonu olur".
Cüdo üzrə Olimpiya medalı olan, son dövrlərdə isə Hollivud filmlərində tez-tez görünən 29 yaşlı Ronda bir döyüşə hazırlaşmaq üçün uzun müddət lazım olduğunu bildirib. Bundan bezdiyini deyən qadın idmançı sözlərini belə yekunlaşdırıb: "Bu dəqiqə rinqə çıxıb döyüşsəm heç bir problem yoxdur. Ancaq bu döyüşün proqramı bir neçə həftə əvvəldən hazırlanır və gözləmək adamı çox yorur".
Milli.Az