UEFA həftənin ən yaxşısını açıqladı

UEFA həftənin ən yaxşısını açıqladı
22:54 4 Noyabr 2016
66 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun ən yaxşı futbolçusunun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, UEFA-nın rəsmi saytında keçirilən sorğunun nəticələri açıqlanıb.

 

Qurumun saytının istifadəçilərinin əsas seçimi “Fənərbaxça”nın futbolçusu Musa Sou olub. Seneqallı hücumçu azarkeşlərin 42 %-nin səsini toplayıb.

 

“Zenit”in futbolçusu Juliano 2-ci (21%), “Anderlext”in yarımmüdafiəçisi Nikolay Stançiu isə 3-cü olub (11%).

 

Qeyd edək ki, Musa Sou “Mançester Yunayted”lə oyunda qayçıvari zərbə ilə möhtəşəm qola imza atmışdı.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258610

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR