Yeni şantaj oyunu: millinin futbolçusu və intim FOTOlar

Yeni şantaj oyunu: millinin futbolçusu və intim FOTOlar
23:05 4 Noyabr 2016
102 Maraqlı
Ölkə mətbuatı
A- A+

2014-cü ildə Almaniya millisinin heyətində dünya çempionu olan Kristof Kramerin başı dərddədir.

Milli.Az publika.az-a istinadən bildirir ki, Mönhenqladbax "Borussiya"sının yarımmüdafiəçisi erotik şəkillərlə şantaja məruz qalıb. Bu məsələni araşdırmaq Leverkuzen məhkəməsinin üzərinə düşür.

Almaniyanın "Rheinische Post" qəzeti yaxın günlərdə futbolçunu erotik xarakterli fotolarla şantaj edənlərin məhkəmədə məsuliyyətə cəlb olunacaqlarını yazıb. İddiaya görə, həmin şəkillərdə Kramerin 2 qadınla cinsi əlaqədə olduğu əks olunub. Həmin qadınlardan da biri onu şantaj edib.

Kramer də etiraf edib ki, bir il əvvəl cinsi təcavüzə məruz qalıb. O, müasir dövrdə belə halların baş verməsinə təəssüfünü bildirib və sadəcə futbolla məşğul olmaq arzusunu dilə gətirib.

Milli.Az





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR