Türk lirəsinin məzənnəsi sürətlə aşağı düşür

Türk lirəsinin məzənnəsi sürətlə aşağı düşür
23:12 4 Noyabr 2016
120 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin milli valyutası olan lirənin məzənnəsi sürətlə aşağı düşməkdə davam edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Türkiyə Mərkəzi Bankının rəsmi məlumatına görə, noyabrın 4-də ölkə ərazisində bir ABŞ dolları 3,13 lirəyə satılıb. Bu artım avronun məzənnəsində də baş verməkdədir.

Qeyd edək ki, lirənin məzənnəsinin aşağı düşməsi oktyabrın əvvəllərindən başlayaraq sürətlənib. Hələlik Mərkəzi Bankın lirənin ucuzlaşması prosesinin qarşısını almaq üçün gördüyü tədbirlər nəticə vermir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR