Damarları effektiv şəkildə təmizləyən sınanmış alman müalicəsi

Damarları effektiv şəkildə təmizləyən sınanmış alman müalicəsi
23:27 4 Noyabr 2016
412 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün biz almanların damarları effektiv şəkildə təmizləyən köhnə və sınanmış müalicə üsulundan bəhs etmişik.

Milli.Az publika.az-a istinadən bildirir ki, bu resept həm damarları təmizləyir, həm də sağlamlığın ümumi vəziyyətinə müsbət təsir edir.

İnqrediyentlər:
1 kiçik parça zəncəfil;
4 qabıqlı limon;
4 böyük diş sarımsaq;
2 litr su;
Hazırlanma qaydası:
Limon və zəncəfili doğrayıb blenderden keçirin. Sonra sarımsağı da digər komponentlərə əlavə edib blenderdən keçirin. Ərzaqları yaxşı qarışdırıb onları bir kasaya boşaldın. Sonra kasanı və 2 litr suyu qazana əlavə edib od üzərinə qoyun. Qaynamağa qoymadan oddan götürün və soyumasını gözləyin. Sonra süzgəcdən keçirin. Ən yaxşısı şüşə butulkalarda soyuducuda saxlayın.
Tətbiqi:
Hər istifadədən əvvəl butulkanı yaxşı qarışdırın. Bu qarışığı ac qarına, ən azından yeməyə 2 saat qalmış içməyə çalışın. Qarışığı 3 həftə ərzində içməyə davam edin. Sonra 1 həftə fasilə verin. Lazım gələrsə, siz müalicəni bir daha təkrarlaya bilərsiniz.
Qeyd: Sarımsaq qoxusundan dolayı narahat olmayın, çünki o, hazırlıq prosesində neytrallaşır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/486214.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR