İŞİD Mosulda 1600 dinc sakini girov saxlayır

İŞİD Mosulda 1600 dinc sakini girov saxlayır
01:14 5 Noyabr 2016
156 Digər
Ölkə mətbuatı
A- A+

İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasının terrorçuları 1600 dinc sakini girov götürüb.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin məlumatında deyilir.

 

İraq ordusu və beynəlxalq koalisiya qüvvələrinin endirdiyi hava zərbələri zamanı terrorçular yerli sakinlərdən “canlı qalxan” kimi istifadə edir.

 

Məlumata görə, şəhərdə kütləvi edam halları davam edir. Noyabrın 3-də Mosulda 180 sabiq dövlət qulluqçusu və 200 dinc sakini edam edilib. Həmçinin terrorçular 9-10 yaşlı uşaq-kamikadzeləri terror aktlarının həyata keçirilməsinə cəlb edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258614

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR