Dəstəmazın hər damcısından mələk xəlq olar

Dəstəmazın hər damcısından mələk xəlq olar
07:32 5 Noyabr 2016
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Mələklər xilqət baxımından insanlardan fərqlidirlər. Mələklər nurdan, insan isə torpaqdan xəlq edilmişdir. Həmçinin mələklərin gördüyü işlər keyfiyyət baxımından biz insanlardan fərqlənir. Çünki onların Allaha olan mərifəti biz insanlardan daha çoxdur. Ona görə də onlar kamil mərifətə malik olaraq, təsbih və həmd edərlər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: "Bir gün İmam Əli (ə) oğlu Muhəmməd Hənəfi ilə əyləşmişdi. Ona buyurdu: "Ey Muhəmməd! Dəstəmaz almaq üçün mənə su hazırla". Muhəmməd su qabını gətirdi. Həzrət (ə) sağ əli ilə suyu sol əlinə tökdü və buyurdu:
 
"بِسْمِ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ الَّذِی جَعَلَ الْمَاءَ طَهُوراً وَ لَمْ یَجْعَلْهُ نَجِساً"
 
Sonra buyurdu:
 
"اللَّهُمَّ حَصِّنْ فَرْجِی وَ أَعِفَّهُ وَ اسْتُرْ عَوْرَتِی وَ حَرِّمْهَا عَلَى النَّارِ
 
Sonra suyu burnuna çəkib buyurdu:
 
"اللَّهُمَّ لَا تُحَرِّمْ عَلَیَّ رِیحَ الْجَنَّةِ وَ اجْعَلْنِی مِمَّنْ یَشَمُّ رِیحَهَا وَ طِیبَهَا وَ رَیْحَانَهَا
 
Sonra suyu ağzında fırladıb buyurdu:
 
"اللَّهُمَّ أَنْطِقْ لِسَانِی بِذِكْرِكَ وَ اجْعَلْنِی مِمَّنْ تَرْضَى عَنْهُ
 
Sonra üzünü yuyaraq buyurdu:
 
اللَّهُمَّ بَیِّضْ وَجْهِی یَوْمَ تَسْوَدُّ فِیهِ الْوُجُوهُ وَ لَا تُسَوِّدْ وَجْهِی یَوْمَ تَبْیَضُّ فِیهِ الْوُجُوهُ
 
Sonra sağ əlini yuyaraq buyurdu:
 
" "اللَّهُمَّ أَعْطِنِی كِتَابِی بِیَمِینِی وَ الْخُلْدَ بِیَسَارِی
 
Sonra sol əlini yuyaraq buyurdu:
 
"اللَّهُمَّ لَا تُعْطِنِی كِتَابِی بِشِمَالِی وَ لَا تَجْعَلْهَا مَغْلُولَةً إِلَى عُنُقِی وَ أَعُوذُ بِكَ مِنْ مُقَطَّعَاتِ النِّیرَانِ
 
Başına məsh çəkən zaman buyurdu:
 
"اللَّهُمَّ غَشِّنِی بِرَحْمَتِكَ وَ بَرَكَاتِكَ وَ عَفْوِكَ
 
Sonra ayaqlarına məsh şəkən zaman buyurdu:
 
"اللَّهُمَّ ثَبِّتْ قَدَمَیَّ عَلَى الصِّرَاطِ یَوْمَ تَزِلُّ فِیهِ الْأَقْدَامُ وَ اجْعَلْ سَعْیِی فِیمَا یُرْضِیكَ عَنِّی
 
Sonra başını qaldırıb Muhəmmədə baxdı və buyurdu: "Ey Muhəmməd! Hər kim mənim kimi dəstəmaz alsa, mənim dediklərimi desə, Allah hər dəstəmaz suyunun damcısından mələklər yaradar ki, Allahı təsbih və mədh edərlər. Savabını yazarlar".
 
Qurani-Kərim buyurur: "Onların əvvəlcədən göndərdiklərini (həyatda olarkən etdikləri əməlləri) və izlərini (qoyub getdiklərini) yazan Bizik". ("Yasin" 12).
 
Bəli, İmamın (ə) buyurduğu kimi, biz insanların əksər əməllərimiz Qiyamətə qədər bizə savab qazandıra bilər. Dəstəmaz alan zaman deyilən bu zikrlərin və duaların hər biri ruhu tərbiyə edər, Allahı zikr edər və qiyaməti yada salar.
 
Hədislərdə oxuyuruq ki, daima dəstəmazlı olmaq çox fəzilətli bir əməldir. Ancaq bəziləri üçün dəstəmaz almaq çətin bir iş hesab edildiyi üçün nə qədər xeyri əldən verdiklərindən xəbərləri yoxdur.
 
Həzrət Peyğəmbər (s) buyurur: "Çoxlu dəstəmaz al ki, Allah da ömürünü uzun etsin".
 
Həzrət (s) başqa yerdə buyurur: "Qəzəb şeytandan və şeytan da atəşdən xəlq edilmişdir. Atəş su ilə sönər. Sizlərdən hər kim qəzəblənsə, dəstəmaz alsın".
 
Həzrət Peyğəmbər (s) buyurur: "Əgər bəndə dəstəmazın əvvəlində "Bismilləhir Rahmənir-Rahim" deyərsə, bütün əzaları günahdan pak olar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR