Xəbis insanları tanımaq üçün 12 xüsusiyyət

Xəbis insanları tanımaq üçün 12 xüsusiyyət
08:12 5 Noyabr 2016
231 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir insanı mənfi xarakterizə etmək istəyən zaman deyirik ki, necə də alçaq və xəbis bir insandır.

Bəs niyə ona xəbis deyirik və bu sözün kökü haradan gəlir?

Milli.Az deyerler.org-a istinadən bildirir ki, alçaq insanları 12 xüsusiyyətlə başqalarından ayırmaq olar. Onlara nəzər salaq:
1. Mal düşkünü olar və paxıllıq edərlər.
Bəziləri dünya malına çatmağı öz həqiqi hədəfləri müəyyən ediblər. Bu insanlar üçün şəxsiyyət və insani dəyərlər heç bir məna kəsb etmir. Rəsmi şəkildə tək qəbul etdikləri şey - mal və sərvətdir. "Həqiqətən, insan mal-dövlətə fitrətən (zatən) çox hərisdir". ("Adiyat" 8).
İmam Əli (ə) buyurur: "Xəbislik - pərəstiş və həmd ləzzətinin yerinə, mal sevgisini seçməyə görədir".
 
2. Pis adətlərə malik olmaq.
İmam Əli (ə) buyurur: "Xəbisliyin nişanəsi - pis xasiyyətdir". Nə zaman insana nemət çatar, insan həddən artıq sevinər. Nə zaman əldən verər, naşükürlük edər. "Biz insana Öz tərəfimizdən bir mərhəmət daddıran zaman, ona sevinər. Əldə etdikləri müqabilində onlara bir pislik və müsibət yetişəndə isə, şübhəsiz, insan çox nankordur (həmin müsibətə görə bütün nemətləri yaddan çıxarır)". ("Şura" 48).
 
3. Əhdinə vəfa etməz.
İmam Əli (ə) buyurur: "Xəbisliyin nişanəsi - əhd və peymana xəyanət etməkdir".
 
4. Qonşularla pis rəftar edər.
İmam Əli (ə) buyurur: "Xəbisliyin nişanəsi - pis qonşuluq etməkdir".
 
5. Qeybət etmək və töhmət vurmaq.
İmam Əli (ə) buyurur: "Ən xəbis insan o kəsdir ki, qeybət edər. Xəbisliyin nişanəsi - yaxşı insanların arxasınca pis danışmaqdır".
 
6. Qüdrət əldə edən zaman rəftarın dəyişməsi.
İmam Əli (ə) buyurur: "Xəbis öz ölçüsündən yuxarı qalxarsa, hal və rəftarı dəyişər".
 
7. Şərdir və az xeyirlidir.
İmam Əli (ə) buyurur: "Xəbisin xeyirinə ümid yoxdur. Şərindən aman və zərərindən təhlükəsizlik yoxdur".
 
8. Həyasızdır.
İmam Əli (ə) buyurur: "Xəbis insanın həyası yoxdur".
 
9. Özü bəxşiş verən zaman kin bəsləyər.
İmam Əli (ə) buyurur: "Xəbis nə zaman əta edər, kin bəsləyər. Nə zaman əta olunar, inkar edər".
 
10. Əməl tərəzisi yüngül olar.
İmam Sadiq (ə) buyurur: "Səlman Farsi ilə bir kişi mübahisə edirlər. Həmin kişi Səlmana deyir: "Sən kimsən?" Səlman deyir: Biz hər ikimiz nütfənin əvvəlində çirkli idik. Hər ikimiz sonda iylənmiş murdara çevriləcəyik. Qiyamət günü olan zaman tərəzi bərpa olar, o kəsin ki, tərəzisi ağır olar, o, böyükdür. O kəsin ki, əməl tərəzisi yüngül olar, o, xəbisdir".
 
11. Kərim insanları incidər.
İmam Əli (ə) buyurur: "Xəbislərin adəti kərim və azad insanları incitməkdir".
 
12. Qəlb qəsavəti.
İmam Əli (ə) buyurur: "Daş qəlbli olmaq xəbislərin xüsusiyyətidir".
 
Allah Təala bizləri bu xislətlərdən uzaq olanlardan qərar versin.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486020.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR