İŞİD Mosulda 1600 insanı girov saxlayır

İŞİD Mosulda 1600 insanı girov saxlayır
08:57 5 Noyabr 2016
134 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasının üzvləri 1600 dinc sakini girov götürüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin məlumatında deyilir.
 
İraq ordusu və beynəlxalq koalisiya qüvvələrinin endirdiyi hava zərbələri zamanı terrorçular yerli sakinlərdən "canlı qalxan" kimi istifadə edir.
 
Məlumata görə, şəhərdə kütləvi edam halları davam edir. Noyabrın 3-də Mosulda 180 sabiq dövlət qulluqçusu və 200 dinc sakini edam edilib. Həmçinin terrorçular 9-10 yaşlı uşaq-kamikadzeləri terror aktlarının həyata keçirilməsinə cəlb edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR