Lənkəranda 39 yaşlı qadın intihar etdi

Lənkəranda 39 yaşlı qadın intihar etdi
09:37 5 Noyabr 2016
229 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran rayonunda intihar hadisəsi baş verib.

Milli.Az report-a istinadən bildirir ki, rayonun Biləsər kəndindən olan, ailəsi ilə birlikdə Səbr kəndində məskunlaşan 39 yaşlı Babayeva Səmayə Hacıvəli qızı yaşadığı ünvanda özünü asaraq intihar edib.
Hadisə barədə məlumat Lənkəran Şəhər Rayon Polis Şöbəsinin növbətçi hissəsinə saat 22.40 radələrində daxil olub. Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerini müayinə ediblər.
Mərhumun meyidi müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Şöbəsinə gətirilib. 
Hələlik intiharın səbəbi məlum deyil.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR