"Bizim üçün Klinton da pisdir, Tramp da..."

"Bizim üçün Klinton da pisdir, Tramp da..."
09:52 5 Noyabr 2016
81 Dünya
Ölkə mətbuatı
A- A+

Bütün dünyada ABŞ-ın gələcək prezidenti kimi Hillari Klinton və ya Donald Trampın hansının yaxşı olacağı barədə müzakirələr getdiyi halda, Suriyada onlardan hansının daha pis olacağı haqda düşünürlər.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Suriya prezidenti Bəşər Əsəd Serbiyanın "Politika" qəzetinə müsahibəsində bildirib. 

"Güman edirəm ki, dünyanın müxtəlif hissələrində bu mövzuda diskussiyalar kim daha yaxşıdır - Tramp, yoxsa Klinton kimi aparılır. Suriyada isə biz onlardan hansının daha pis olmasını müzakirə edirik. Ona görə də mən düşünmürəm ki, onlardan hansısa bizim üçün müsbət olacaq. Biz ABŞ-ın yürütdüyü siyasətin müsbət tərəfə yönəldiyini göstərən heç bir şərt görmürük", - deyə Əsəd vurğulayıb. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR