"Real" transfer bombasını partladır

"Real" transfer bombasını partladır
10:37 5 Noyabr 2016
272 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın transfer siyahısının ilk pilləsindəki futbolçunun kimliyi müəyyənləşib. Fanat.Az xəbər verir ki, "Kral Klubu" Serxio Aqueronun xidmətində maraqlıdı.

FIFA "Real"a qarşıdakı iki dönəm üçün transfer qadağası qoyub. Hazırda klub rəhbərliyi qadağanı ləğv etməyə çalışır. Bu baş versə, Madrid klubu Aqoueronu heyətinə qatacaq.

Qeyd edək ki, argentinalı ulduz 2011-ci ildə "Atletiko"dan "Mançester Siti"yə 40 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 60 milyon avro qiymət qoyub. "Real"ın bu transfer üçün ingilislərə 50-60 milyon avro arasında bir məbləğ təklif edəcəyi deyilir.

Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR