Düşmənin aqressivləşməsi onun hərbi-siyasi məğlubiyyəti ilə bağlıdır. İnanıram ki, Ermənistan dövlətinin mövcudluğu onun birinci məğlubiyyətinə qədərdir. 2016-cı ilin aprel döyüşləri bu məğlubiyyətin başlanğıcı idi.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə millət vəkili Hikmət Babaoğlu yazıb.
Deputat bildirib ki, Azərbaycan ordusunun ikinci həmləsindən sonra Dağlıq Qarabağda, üçüncü həmləsindən sonra isə ümumiyyətlə Ermənistanda adam qalmayacaq:
"Ermənistanda hakimiyyətdə olan hərbi xunta da bunu yaxşı başa düşdüyündən təmas xəttində təxribatlar törətməklə guya güc nümayiş etdirib daxili hərbi-psixoloji əhval-ruhiyyəni məğlubiyyət kompleksindən xilas edəcək. Ancaq bu o qədər də asan məsələ deyil. İskəndər raketlərinin nümayişi də əslində buna hesablanmışdı, ancaq heç bir nəticə vermədi. Bundan sonrakı cəhdlər də nəticəsiz qalacaq. Yaxşı olar ki, Ermənistan hərbi-siyasi reallığı düzgün qiymətləndirərək işğal etdiyi Azərbaycan torpaqlarından çıxsın. Artıq regionda saatlar Bakı vaxtilə qurulur".
Milli.Az