Azərbaycanlı qızıl qaçaqmalçılığına görə tutuldu - Rusiyada

Azərbaycanlı qızıl qaçaqmalçılığına görə tutuldu - Rusiyada
11:49 5 Noyabr 2016
59 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın hüquq-mühafizə orqanları Yakutiyanın Nerünqri şəhəri ərazisində xüsusi əməliyyat həyata keçirib.

 

APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, əməliyyat çərçivəsində azərbaycanlıya məxsus "Mercedes Benz" markalı avtomobilə baxış keçirilib. Baxış zamanı avtomobildən dəyəri 1 mln. rubl, çəkisi isə 430 qram olan qızıl-zinət əşyası aşkarlanıb.

Yerli hüquq-mühafizə orqanlarının açıqlamasında bildirilir ki, həmyerlimiz qiymətli daşı qanunsuz olaraq Şimali Qafqaz regionuna aparmaq niyyətində idi.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258630

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR