“5, yaxud 10 il sonra nə İraq, nə də Suriya adlı dövlət qalacaq”.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə
kəşfiyyatının keçmiş üzvü, təhlükəsizlik məsələləri üzrə mütəxəssis
Mete Yarar deyib.
Onun sözlərinə görə, İraq və Suriya məhv olduqdan sonra Türkiyə
üçün daha çətin vəziyyət yarana bilər.
“Mosul bizim hədəfimiz olduğu müddətdə üzərimizə hücumlar davam
edəcək. İraq və Suriya adlı dövlət qalmayandan sonra, bölgədə xaos
dövrü başlana bilər. Xüsusilə etnik və məzhəb müharibəsi təhlükəsi
böyükdür. Əgər Türkiyə xalqı bir olmasa, çox pis şeylər ola bilər.
Bu coğrafiyada peroblemləri həll etmək iqtidarına malik olan yeganə
ölkə Türkiyədir”, - deyə o bildirib.
Asif