"Barselona" Suareslə danışıqlara başladı

"Barselona" Suareslə danışıqlara başladı
12:12 5 Noyabr 2016
72 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" rəhbərliyi komandanın aparıcı futbolçularından olan Luis Suareslə danışıqlara başlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, kataloniyalılar uruqvaylı hücumçu ilə yeni müqavilə imzalamaq niyyətindədirlər.

Suaresin hazırkı sözləşməsinin müddəti 2019-cu ildə başa çatır. Buna baxmayaraq, "Barsa" rəhbərliyi onun anlaşmasını yeniləməyə qərar verib.
 
Yeni müqavilənin neçə illik olacağı hələ bəlli deyil.
 
Qeyd edək ki, "Barselona"ya 2014-cü ildə "Liverpul"dan transfer olunan Suares hazırkı komandasında ümumilikdə 111 oyunda 94 qola imza atıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR