Mixael Şumaxerdən sevindirici xəbər

Mixael Şumaxerdən sevindirici xəbər
12:27 5 Noyabr 2016
109 Dünya
Ölkə mətbuatı
A- A+

Keçirdiyi ölümcül qəzadan sonra 3 ildir ki, müalicə alan keçmiş Formula 1 pilotu Mixael Şumaxer haqqında gözəl xəbərlər gəlir.

Milli.Az xarici mətbuata istinadən bildirir ki, 47 yaşlı Mixael Şumaxerin səhhətində ümidverici irəliləyişlərin olduğu deyilir.

"Mercedes"in keçmiş direktoru və eyni zamanda Mixael Şumaxerin yaxın dostu olan Brun BBC-yə müsahibəsində: "Mixaelin vəziyyəti haqqında bir çox söz-söhbətlər gəzir. Ailəsi vəziyyətin gizliliyinə əhəmiyyət verir və buna hörmət etmək gərəkdir. Ümidverici inkişaflar var və bu inkişafların artması üçün çox dua edirik. Ailənin gizlilik haqqına hörmət etdiyim üçün daha çox danışa bilmərəm", - ifadələrini işlədib.

Xatırladaq ki, 2013-cü ildə keçirdiyi qəzadan sonra 6 ay komada qalan dünyaca məşhur "Formula 1" pilotu başından ciddi zədə almışdı. 

Təhməz Təkin

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR