"Monako"nun hücumçusu Radamel Falkao uzun fasilədən sonra milliyə çağırılıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 30 yaşlı forvard 1 ildən çox idi ki, Kolumbiya yığmasından kənarda qalmışdı.
O, Kolumbiya millisinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində noyabrın 10-da Çili, 5 gün sonra isə Argentina ilə keçirəcəyi matçlara dəvət alıb.
Qeyd edək ki, Falkao Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu həftə Moskva MOİK-i ilə matçda 2 qol vurmuşdu.
Milli.Az