"Oğlum, niyə belə şeylər geyinirsən?" - Sibel Canın keçmiş əri

"Oğlum, niyə belə şeylər geyinirsən?" - Sibel Canın keçmiş əri
12:51 5 Noyabr 2016
324 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Sibel Can və keçmiş əri Hakan Uralın oğlu olan Engincan geyim tərzi ilə ən çox müzakirə olunan məşhurlardandır.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor H.Ural oğlu haqda açıqlama verib:

"Onun ayağında tüklü tərlikləri görəndə dedim ki, "Oğlum, niyə belə şeylər geyinirsən?". Amma diqqətə almadı, sonra fikir verdim ki, yaraşır. Bu yaşlarda geyinsin, həvəsin çıxartsın. Engincan çox tənqid olunur. Uşaq bu səbəbdən Türkiyəyə gəlmir, Londonda yaşayır".

Hakan bir müddət əvvəl S.Canın geyindiyi, heyvansevərlərin etirazına səbəb olan 50 min lirəlik (təxminən 25 min manat) kürk haqda da danışıb:

"Sibelə deyirəm ki, belə şeylərə fikir verməsin. Heyvansevərlər etiraz edibmiş. Başqa işləri yoxdur? Dünyada hər gün yüzlərlə insan qəzada, müharibədə ölür. Gedin, onlara etiraz edib. Əl çəkin, Sibelin qırmızı kürkündən".




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60549

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR