Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ
hərbi xakerlərinin Kremlin idarəetmə sisteminə və Rusiyanın
telekommunikasiya şəbəkəsinə sızdığı haqda yayılan məlumatlara
münasibət bildirib.
Publika.az xəbər verir ki, Peskov kibertəhlükəsizlik və
informasiya təhlükəsizliyinin təminatı üçün lazımi tədbirlərin
görüldüyünü deyib.
“Bütün təhdidlərə və təhlükələrə qarşı lazımi ölçülər götürülür”, -
deyə Putinin sözçüsü vurğulayıb.
Qeyd edək ki, “NBC News” telekanalı noyabrın 4-də Amerika hərbi
xakerlərinin Rusiya sistemlərini sındırdığı və Kremlin idarəetmə
sisteminə daxil olduğu haqda məlumat yayıb.
ABŞ dövlət katibi Con Kerri də noyabrın ilk günündə bildirdi ki,
prezident Obamanın tapşırığı ilə Rusiya xakerlərinə “cavab atəşi”
hazırlanır. Kəşfiyyat mənbələri isə bildirirdi ki, CİA Rusiyaya
qarşı genişmiqyaslı kiber hücuma hazırlaşır.
Asif