"MTN işi"ndə zərərçəkmiş: "Tapançanı göstərib, dedi öldürəcəm..."

"MTN işi"ndə zərərçəkmiş: "Tapançanı göstərib, dedi öldürəcəm..."
13:24 5 Noyabr 2016
66 Digər
Ölkə mətbuatı
A- A+

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin cinayət işi üzrə yeni təfərrüatlar üzə çıxır.

 

APA-nın əldə etdiyi məlumata görə, iş üzrə zərərçəkmiş şəxs qismində istintaq zamanı ifadə verən Bədəlov Zakir Dilənçi oğlu ifadəsində göstərib ki, 1990-cı ildən Azərbaycanda yaşayır. Qohumu, Gürcüstan vətəndaşı Zakir Mustafayevlə münasibətləri hər zaman yaxşı olub, hər hansı ədavəti, düşmənçilik münasibətləri olmayıb. 2006-cı ildə o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə. Ağayev küçəsi, ev 23, mənzil 3 ünvanında yerləşən 3 mərtəbəli yaşayış evini tikib, evin III mərtəbəsində ailəsi ilə birlikdə yaşayıb. I və II mərtəbələrində isə kafe işlədib. Həmin ildə qohumu Zakir Mustafayev onun evinə qonaq gələrkən evinin birinci və ikinci mərtəbəsində olan kafeni işlətməməyinin səbəbini soruşduqda o, Zakir Mustafayevə kafenin avadanlıqlarını almağa maddi imkanının olmadığını deyib. Z. Mustafayev isə ona maddi köməklik göstərə biləcəyini, Gürcüstan Respublikasında yaşayan bir nəfər tanışından borc alıb ona verəcəyini bildirib. 20 may 2006-cı il tarixdə o, arvadı Nazilə Ramazanova ilə birlikdə Zakir Mustafayevin Gürcüstan Respublikasındakı evinə gedib. Həmin gün Zakir Mustafayev 60.000 ABŞ dolları pulu ona borc verib. 21 may 2006-cı il tarixdə isə o, Azərbaycan Respublikasına qayıdıb. Zakir Mustafayevdən aldığı 60.000 ABŞ dollar məbləğində pula işlətdiyi kafe üçün inventar alsa da, həmin pul onu qane etməyib. Zakir Mustafayev bir daha ona zəng edərək vəziyyəti barədə maraqlandıqda o, Zakir Mustafayevin ona borc verdiyi pulun onu təmin etmədiyini deyib. Zakir Mustafayev ona 30.000 ABŞ dolları da verəcəyini bildirib. Buna görə o, 27 iyun 2006-cı il tarixdə Qırmızı Körpü adlanan gömrük postuna tərəf gedərək İsmayılov Paşa Ramiz oğlu ilə görüşüb. P. İsmayılov postu keçərək ona Zakir Mustafayevin verdiyi 30.000 ABŞ dolları pulu verib. O, həmin pul vasitəsi ilə də işlətdiyi kafe üçün avadanlıq alıb. 1 sentyabr 2006-cı il tarixdə Zakir Mustafayev onun Bakı şəhərindəki yaşadığı evə gəlib, işləri ilə maraqlanıb. O isə yenə də maddi cəhətdən çətinliyinin olduğunu bildirib. Zakir Mustafayev isə cibində 10.000 ABŞ dolları olduğunu deyib həmin pulu ona borc verib. Zakir Mustafayevə olan borcunun konkret olaraq 100.000 ABŞ dolları olmasını bildirib. Zakir Mustafayev borclu olduğu pulları ayına 5% olmaqla qaytarmasını bildirdikdə o da razı olub. Zakir Mustafayev isə ona bildirib ki, Bakıxanov qəsəbəsindəki evini söküb yeni ev tikdikdə o da Zakir Mustafayevə 150.000 ABŞ dolları məbləğində köməklik göstərər. Zakir Mustafayev ona verəcəyi pulu dayısı oğlu Abdul Həbibova verməsini istəyib.

 

2007-ci ilin aprel-may aylarında Zakir Bədəlov yaşadığı evi girov qoyaraq “Azərbaycan Kredit Bank”ından 200.000 ABŞ dolları məbləğində kredit pul götürüb, həmin puldan 125.0000 ABŞ dollarının Zakir Mustafayevə verməsi üçün bir-iki gün sonra Abdul Həbibova verib. Daha sonra 2007-ci ildə Abdul Həbibov onu mütəmadi olaraq narahat etməklə onun Zakir Mustafayevə 150.000 ABŞ dolları pul verməli olduğunu bildirib. O isə Abdul Həbibova etirazını bildirərək borcunu artıqlaması ilə qaytardığını bildirib. Abdul Həbibov isə onun da, Zakir Mustafayevin də onun dostu olduğunu bildirib onu bu söhbətə qatmamağını xahiş edib. 2008-ci ildə Abdul Həbibov bir daha onun yanına gələrək Zakir Mustafayevə 150.000 ABŞ dolları verməli olduğunu deyib. O buna etiraz etdikdə Abdul Həbibov ona əgər ailəsinin sağ qalmasını istəyirsə və əgər Gürcüstan Respublikasına deportasiya olunmaq istəmirsə, tələb edilən pulu verməli olduğunu bildirib. 2008-ci ilin yanvar-fevral aylarında Zakir Mustafayev ona zəng edərək Sabunçu rayon İcra hakimiyyətinin inzibati binasının qarşısına çağırıb. O isə Zakir Mustafayevlə görüşməyə qohumu Vaqif İsmayılovla birlikdə gedib. Qohumundan başqa avtomaşında oturub onu izləməsini xahiş edib. Zakir Mustafayev özünə məxsus “VAZ-21099” markalı avtomaşınında olarkən o Zakir Mustafayevə yaxınlaşıb. Zakir ondan avtomaşına əyləşməsini tələb edib. O isə buna etiraz etdikdə Zakir Mustafayev avtomaşından düşərək əli ilə belindəki tapançanı tutub ondan avtomaşına oturmasını tələb edib. O, avtomaşına oturduqdan sonra Zakir Mustafayevə onu uşaq oyuncağı ilə aldatmamasını dedikdə sonuncu tapançasını ona göstərib, onu öldürəcəyi ilə hədələyib və pulunu tələb edib. O isə Zakir Mustafayevdən möhlət istəyərək pulunu qaytaracağını bildirib. 2008-ci ilin iyun-avqust aylarında o, yenə də “Azərbaycan Kredit Bank”ına kredit götürmək üçün müraciət edib. Bankdan 360.000 ABŞ dolları məbləğində kredit götürüb. Həmin puldan 200.000 ABŞ dolları ilə köhnə kreditini bağladıqdan sonra əlində 158.000 ABŞ dolları məbləğində pul qalıb. Bundan sonra Zakir Mustafayevə zəng edərək pulu özünün gətirəcəyini və ya kiminsə götürəcəyini soruşub. Zakir Mustafayev isə pulu Abdul Həbibova verməsini deyib. 28 avqust 2008-ci il tarixdə o, Zakir Mustafayevə verməsi üçün 150.000 ABŞ dollarını Abdul Həbibova verib. Daha sonra Abdul Həbibov Mübariz adlı şəxslə və adlarını bilmədiyi başqa şəxslərlə birlikdə Zakir Bədəlovun kafesinə gələrək ona Zakir Mustafayevə 200.000 ABŞ dolları da verməli olduğunu bildirdikdə o bundan imtina edib. Bu söhbət zamanı onun işlətdiyi kafeyə bitişik ev alqı-satqısı ilə məşğul olan tanışı Elxan Əliyev də onların yanında olub. Söhbət zamanı o, Elxan Əliyevdən söhbətə qoşulmasını istəsə də, sonuncu imtina edərək oradan ayrılıb. 2010-cu ilin aprel ayının sonları may ayının əvvəllərində qonşusu Tofiq Əliyev ona onu MTN-in əməkdaşı Səlim adlı şəxsin axtardığını deyib. Səlim adlı şəxsin mobil telefon nömrəsini ona verib. Bundan sonra o, Səlim adlı şəxslə mobil telefon əlaqəsi saxlayıb. Səlimlə birlikdə MTN-ə qohumu olan Akif Çovdarovun otağına daxil olub. Akif Çovdarov ondan Zakir Mustafayevə 200.000 ABŞ dolları borclu olduğunu, pulu qaytarmasa, onu əcnəbi kimi qeydiyyata aldırıb ölkədən Gürcüstan Respublikasına deportasiya etdirəcəyini, Gürcüstan Respublikasında isə onu həbs edəcəklərini bildirsə də, o, Akif Çovdarovla razılaşmayıb. Buna görə Akif Çovdarov onun şəxsiyyət vəsiqəsini alıb. Lakin o, Sabunçu rayon Pİ-nə müraciət edərək yeni şəxsiyyət vəsiqəsi alıb. Bu barədə Səlim adlı şəxsə bildirməsi üçün qonşusu Tofiq Əliyevə deyib. Bundan sonra onun şəxsiyyət vəsiqəsi bir daha ləğv edilib və ölkə xaricinə çıxışına qadağa qoyulub. Ölkə prezidentinə etdiyi müraciətdən sonra şəxsiyyət vəsiqəsini bərpa edə bilib. Daha sonra o, Sabunçu rayon məhkəməsində iddia qaldıraraq Abdul Həbibovun ondan 175.000 ABŞ dolları almasını və həmin pulu geri tələb etdiyini bildirsə də, iddiası təmin edilməyib. Bununla bağlı Sabunçu rayon Pİ-nə müraciət edib, orada cinayət işi istintaq edilib və Sabunçu rayon prokurorluğuna göndərilib. Akif Çovdarov və Səlim Məmmədov onun şəxsiyyət vəsiqəsini əlindən aldıqdan sonra o, qorxduğuna görə DİN-ə müraciət edərkən şəxsiyyət vəsiqəsinin itirildiyini bildirib. Daha sonra dost-tanışlarının tələbi ilə şikayətlər etməyə başlayıb.

 

İstintaq zamanı Akif Çovdarov zərərçəkmiş Zakir Bədəlovla üzləşmədən imtina edib.

 

Zakir Mustafeyev isə iş üzrə şahid qismində dindirilib. O ifadəsində göstərib ki, Zakir Bədəlov onun qohumudur. Zakir Bədəlov ona tikdiyi restoranın üçüncü mərtəbəsini tikmək üçün kifayət qədər vəsaitinin olmamasını deyərək borca təcili olaraq pul lazım olduğunu, həmin borcu isə Moskva şəhərində yaşayan qohumunun ona pul göndərdikdən sonra ödəyəcəyini bildirib. O isə qardaşı, Ukraynada alverlə məşğul olan Gürcüstan vətəndaşı Cemaldan bu barədə xahiş edib və Zakir Bədəlovun qısa müddət ərzində həmin pulu qaytaracağını bildirib. Bundan sonra o, həmin pulu Cemaldan alıb  Zakir Bədəlova verib. Zakir Bədəlovun borcları qaytarmaq vaxtı çatarkən Cemal adlı şəxs ona zəng edərək verdiyi pulların qaytarılma məsələsinin nə yerdə qaldığını soruşub. O isə bu barədə Zakir Bədəlovdan soruşduqda sonuncu borcları qaytara bilmədiyini, bu gün, sabah qaytaracağını deyərək vaxt qazanıb. O, Zakir Bədəlovun pulları qaytarmadığını görüb konkret olaraq bu barədə Zakir Bədəlovdan soruşduqda sonuncu ondan xahiş edib ki, Cemal onu sıxmasın, vaxt versin, borc aldığı pulları ayına 5/% olmaq şərti ilə qaytaracaq. O da Zakir Bədəlovun sözlərini Cemala deyib.

 

2007-ci ildə Zakir Bədəlov ona zəng edərək 125.000 ABŞ dollarını düzəltdiyini və borcundan çıxmaq istədiyini bildirdikdə, o, həmin ərəfələrdə Gürcüstan Respublikasının hüquq-mühafizə orqanlarında işlədiyinə görə sərhədi tez-tez keçə bilmədiyindən Zakir Bədəlovun dediyi pulu dayısı oğlu Abdul Həbibovun ondan götürəcəyini bildirib. Həmin ərəfələrdə də Abdul Həbibov Zakir Bədəlovu tanıyıb. Zakir Bədəlovun qaytarmalı olduğu 500.000 ABŞ dollarından 225.000 ABŞ dolları borcu qalıb. Zakir Bədəlov həmin məbləği ödəmədiyindən o, məcbur olub özü həmin məbləği borc aldığı şəxslərə ödəyib. Zakir Mustafayev əlavə olaraq göstərib ki, o, Zakir Bədəlova hər hansı silahla hədə-qorxu gəlməyib, belə ki, o, Zakir Bədəlovla 2008-ci ildə Sabunçu rayon İcra Hakimiyyətinin binasının yanında restoranda görüşüb, Zakir Bədəlovu avtomaşınına otuzdurub harasa aparmayıb, ona silahla hədə-qorxu gəlməyib. O, Səlim Məmmədovu üzdən Zakir Bədəlova görə tanısa da, Səlim Məmmədovla hər hansı münasibəti və ya əlaqələri olmayıb, nə Akif Çovdarova, nə də Səlim Məmmədova Zakir Bədəlovun ona olan borcu barədə nəsə danışmayıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Kərkükdə vəziyyət gərginləşdi -

20 Sentyabr 2017 00:30

Azərbaycan neftinin SON QİYMƏTİ -

20 Sentyabr 2017 00:20

İsraili yer üzündən silərik -

20 Sentyabr 2017 00:10

Astroloji proqnoz - 20 sentyabr

20 Sentyabr 2017 00:03

Rusiya nümayəndə heyəti Litva prezidentinin BMT-də çıxışı öncəsi zalı tərk edib

20 Sentyabr 2017 00:02

Bu gün Azərbaycanda Neftçilər günüdür

20 Sentyabr 2017 00:02

Meksikada 7,1 bal gücündə zəlzələ olub

19 Sentyabr 2017 23:58

Klinton yenə Trampı tənqid etdi

19 Sentyabr 2017 23:49

Meksikada güclü zəlzələ - İnsanlar küçələrə axışdı - FOTO

19 Sentyabr 2017 23:48

Bu ölkədə hicaba qadağa qoyuldu

19 Sentyabr 2017 23:38

75 ildir evli olan cütlük eyni gündə vəfat ediblər -

19 Sentyabr 2017 23:34

Daha bir ev kül oldu

19 Sentyabr 2017 23:29

Meksikanın paytaxtında 7,4 bal gücündə zəlzələ baş verib

19 Sentyabr 2017 23:27

Rusiya Dövlət Kitabxanası təxliyə edildi - Bomba həyəcanı

19 Sentyabr 2017 23:23

Proqnoz -

19 Sentyabr 2017 23:21

İraq ordusu daha bir bölgədə əməliyyatlara başladı -

19 Sentyabr 2017 23:15

Şəkidə qadın özünü asdı

19 Sentyabr 2017 23:14

Myanmada təqribən 200 kənd yandırılıb

19 Sentyabr 2017 23:12

İsveçrəda üzün bağlanmasına qadağa

19 Sentyabr 2017 22:54

"Mariya" qasırğası ABŞ-a yaxınlaşır -

19 Sentyabr 2017 22:50

Sevdiyim üçün dua edirəm

19 Sentyabr 2017 22:33

ABŞ müdafiə xərclərinə rekord məbləğdə vəsait ayıra bilər

19 Sentyabr 2017 22:33

Gənc Tamaşaçılar Teatrının aktrisası beynəlxalq diploma layiq görülüb

19 Sentyabr 2017 22:32

Göygöldə qəza: iki avtomobil toqquşdu

19 Sentyabr 2017 22:23

Ruhani ABŞ-ı hədələdi -

19 Sentyabr 2017 22:14

Külli miqdarda pul unitazlara atıldı -

19 Sentyabr 2017 21:55

Ağdamd ev kül oldu

19 Sentyabr 2017 21:49

Salyanda dəhşətli qəza: 4 qadın öldü

19 Sentyabr 2017 21:44

Azərbaycanda şagird müəllimə "Faşist salamı" verdi -

19 Sentyabr 2017 21:40

“Qızıl oğlan” mükafatına namizədlərin SİYAHISI

19 Sentyabr 2017 21:38

Yevlaxda xadimələri daşıyan avtobus qəzaya uğrayıb

19 Sentyabr 2017 21:32

BNA sürücülərin döyülməsindən narahatdır -

19 Sentyabr 2017 21:30

Rahibələrin rok qrupu dünya turnesində - VİDEO

19 Sentyabr 2017 21:28

"Deutsche Bank" maliyyə böhranına səbəb ola biləcək amilləri sadalayıb

19 Sentyabr 2017 21:17

Azərbaycanlı kənd təsərrüfatı mütəxəssisləri beynəlxalq təcrübəni öyrənirlər

19 Sentyabr 2017 21:17

İranın "Nəfəs" filminin Oskar mükafatına namizədliyi irəli sürülüb

19 Sentyabr 2017 21:12

Salyanda yol qəzası baş verib, 4 nəfər ölüb

19 Sentyabr 2017 21:12

Dembele əməliyyat olundu

19 Sentyabr 2017 21:12

Elmar Məmmədyarov: "Azərbaycan Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət həllini dəstəkləyir"

19 Sentyabr 2017 21:07

Elmar Məmmədyarov -

19 Sentyabr 2017 21:04

İnterpol dələduzluqda təqsirləndirilən azərbaycanlını axtarır

19 Sentyabr 2017 21:03

İranın "Nəfəs" filmi 90-cı Oscar mükafatlarına namizəd olub

19 Sentyabr 2017 21:02

Prezident BMT-də müzakirələrin açılışına qatıldı

19 Sentyabr 2017 20:59

ABŞ BMT-də islahatlar aparılmasını istəyir -

19 Sentyabr 2017 20:58

"Sumqayıt" oyunçusu barəsində qərar - HƏBS

19 Sentyabr 2017 20:49

“Bu, böyük müharibənin başlanğıcı olacaq” - DƏHŞƏTLİ XƏBƏRDARLIQ

19 Sentyabr 2017 20:43

Prezident İlham Əliyev BMT-nin baş qərargahında ümumi müzakirələrin açılışında iştirak edib

19 Sentyabr 2017 20:42

Göygöldə qəza: xəsarət alan var

19 Sentyabr 2017 20:39

Paytaxtın bu ərazilərində qaz təchizatında məhdudiyyət olacaq -

19 Sentyabr 2017 20:38

Meksikalı heykəltəraş Xorxe Marinin sərgisi başa çatıb

19 Sentyabr 2017 20:32