Bakıda “Bayraq yürüşü” keçirilib

Bakıda “Bayraq yürüşü” keçirilib
14:14 5 Noyabr 2016
124 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Bayraq yürüşü" keçirilib.

 

Lent.az-ın məlumatına görə, 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə təhsil naziri Mikayıl Cabbarov, nazir müavinləri, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, millət vəkilləri, ali məktəblərin rektorları, ziyalılar, müəllim, tələbə və şagirdlər iştirak edib.

 

Yürüş Dənizkənarı Milli Parkda, "Azneft" meydanı yaxınlığındakı böyük monitorun yerləşdiyi ərazidən başlayıb və Bayraq Meydanında başa çatıb.

 

Qeyd edək ki, yürüşün keçirilməsində məqsəd milli atributlarımızın təbliği və gənclər arasında vətənpərvərlik hisslərinin aşılanmasıdır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258652

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR