"Ermənilər saxtalaşdırdıqları məlumatlarla dünya gündəmini məşğul etməyə vərdiş ediblər"

"Ermənilər saxtalaşdırdıqları məlumatlarla dünya gündəmini məşğul etməyə vərdiş ediblər"
14:17 5 Noyabr 2016
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənilər saxtalaşdırılmış məlumatlarla dünya gündəmini məşğul etməyi özlərinə vərdiş ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın qondarma "Dağlıq Qarabağ Respublikasının" "Ombudsmanı" Ruben Məlikyan tərəfindən erməni KİV-də 2016-cı ilin aprel döyüşləri zamanı guya Azərbaycan tərəfindən erməni mülki əhalisinə qarşı qırğınlar və erməni əsgərlərinin meyitləri üzərində işgəncələr törədilməsi haqqında hesabat verəcəyi barədə yayımlanan açıqlamasına cavab olaraq yaydığı bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, ermənilər tərəfindən bu səpkidə mütəmadi yayılan məlumatların media vasitəsilə yayılması heç də təəccüblü deyil: "Onlar saxtalaşdırılmış məlumatları ilə dünya gündəmini məşğul etməyi özlərinə vərdiş ediblər, lakin dünya ictimaiyyəti bu cür məlumatların saxta olduğunu dərk etsə də, hələ də buna hüquqi qiymət verilməyib".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/486662.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR