Bred Pitt uşaqları üçün məhkəməyə müraciət etdi - foto

Bred Pitt uşaqları üçün məhkəməyə müraciət etdi - foto
14:51 5 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bred Pitt uşaqları və Ancelina Coliyə himayəlik etmək üçün məhkəməyə müraciət edib.

Axşam.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, əvvəllər uşaqlarından ehtiyat edən Bred ailəsi üzərində artıq hüquqi və fiziki nəzarət üçün məhkəməyə müraciət edib.

Hazırda uşaqların hamısı Ancelina Colinin himayəsindədir.

Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2005-ci ildə ailə qurublar. Onların 6 uşağı var. 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən övladlığa götürüb. Onların ilk övladı 2006-cı ildə dünyaya gəlib. Qızlarının adını Şaylo Nuvel qoyublar. 2008-ci ildə isə onların əkiz uşaqları dünyaya göz açıb: oğlan və qız. Oğlanın adı Noks Leon, qız isə Vivyen Marşelindir.
Bu ilin sentyabrında isə Coli qəflətən boşanma üçün məhkəməyə müraciət edib. Cütlüyün ayrılma səbəbi hələki açıqlanmır. Aktrisa ərindən mülk istəmir, əvəzində övladlarının hamısına özü baxmaq istəyir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR