Ağsu Mərkəzi Xəstəxanasında olay: bəzi xəstələrin həyatı təhlükə altında qalıb

Ağsu Mərkəzi Xəstəxanasında olay: bəzi xəstələrin həyatı təhlükə altında qalıb
14:57 5 Noyabr 2016
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağsu Rayon Mərkəzi Xəstəxanasına (RMX) verilən elektrik enerjisi kəsilib.

RMX-nin baş həkimi Şəhrəbanu Məlikova "Report"a açıqlamasında məlumatı təsdiqləyib.
Baş həkim xatırladıb ki, Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binası bu ilin iyun ayında istifadəyə verilib: "Xəstəxananın işıq borcu köhnə binaya uyğun olaraq 2015-ci ilin axırında hesablanıb və büdcədən ödənib. Xəstaxananın yeni binası əvvəlki bina ilə müqayisədə böyük olduğundan, ödənilən işıq pulu tamamilə istifadə olunub. Noyabr və dekabr aylarında istifadə olunacaq işıqpulunu ödəmək üçün pulumuz yoxdur. Həm də "Azərişıq" ASC-yə borcumuz yaranıb. Bu səbəbdən də xəstəxananın işığı kəsilib. Bizə bildirirlər ki, işıqpulu verilməsə, xəstəxananın işığı bərpa olunmayacaq".

Onun sözlərinə görə, hazırda xəstəxanada 22 dializ xəstəsi var: "Əməliyyat olunmalı xəstələrimiz var, yeni körpələr dünyaya gəlib, küvezdə körpə var - o uşaq ölsə, biz nə edəcəyik?!"

Ş.Məlikova qeyd edib ki, xəstəxanaya elektrik enerjisi müvəqqəti olaraq generatorla verilir: "Təcili əməliyyatlarımızı bu şəraitdə edirik, amma belə nə qədər davam edə bilər?! Həm də generator dializ aparatlarını işlətmir".
Həkim bildirib ki, dövlət qurumlarına və nazirliklərə müraciət edilib: "Hər yerə müraciət etmişik, amma cavab verilmir. Heç kim heç nə demir. Hazırda xəstəxanada istilik sistemi, havalandırma sistemi işləmir, su, işıq yoxdur. Bu sistemlərin hamısı elektrik ilə işləyir. Məcburuq ki, xəstəxananı bağlayaq, çıxaq. Bəs xəstələri nə edək, haraya yollayaq?!"

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/486666.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR