"İçerde"nin "Meley"i Türkiyəni tərk edir - fotolar

"İçerde"nin "Meley"i Türkiyəni tərk edir - fotolar
15:01 5 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"İçerde" serialında "Melek" obrazını canlandıran Bensu Soral şəxsi həyatı ilə bağlı açıqlama verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, Türkiyəni tərk edəcəyini bildirib:

"Aktrisalıq yaxşı işdir. Sevərək davam edirəm. Amma yenə də iki il sonra Türkiyədən Nyu-Yorka köçməyi düşünürəm. Başqa bir yerlərdə yaşamaq, dünyanı bir az görmək istəyirəm. Üç günlük ömrümüz var. Hər şeyi yaşamaq lazımdır".

Soral hissləri ilə deyil, ağılla hərəkət etdiyini vurğulayıb. O, aktrisalıq arzusunun olmadığını, aktrisa bacısı Hande Soral sayəsində bu işə başladığını etiraf edib. Bensu onun "keçmiş model" kimi adlandırılmasına etiraz edib:

"Modellik etməmişəm. Həm də niyə "keçmiş"? Hələ çox gəncəm. "Keçmiş model" adlandırılmaq üçün uşaqlıqda model olmalı idim".





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR