2001-ci il 11 sentyabr terror aktının törədən
Əl-Qaidənin 8 noyabr prezident seçkiləri günü də ABŞ-a hücum
edəcəyi gözlənilir.
Publika.az bildiri ki, Amerika mediasının kəşfiyyat
mənbələrinə istinadən yaydığı xəbərə görə, Əl-Qaidə Nyu-York, Texas
və Virciniya ştatlarında eyni anda hücumlar həyata keçirə
bilər.
Nyu-Yorkun meri Bill de Blasio hücumla bağlı məlumatların
dəquiqləşdirilməsinin aparıldığını açıqlayıb.
Hazırda hava limanlarında, körpülərdə və tunellərdə gücləndirilmiş
təhlükəsizlik tədbirləri görülür.
Qeyd edək ki, 11 sentyabr hadisəsindən sonra ABŞ Əfqanıstana hərbi
müdaxilə etmişdi. Bu müdaxilədən sonra İraqa da müharibə elan
edildi. Məhz həmin tarixdən sonra dünyada yeni dövr başlandı.
Ekspertlərə görə, seçki günü hər-hansı terror aktının baş verməsi
Amerikanın yeni müharibələr başlamasına səbəb ola bilər.
Asif