"Fənərbağça"dan öz klubuna getmək istəmir

"Fənərbağça"dan öz klubuna getmək istəmir
15:27 5 Noyabr 2016
124 İdman
Ölkə mətbuatı
A- A+

"Fənərbağça"nın aparıcı futbolçularından birinə çevrilən Jermeyn Lens müqavilə ilə məxsus olduğu "Sanderlənd"ə qayıtmaq istəmədiyini bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, hollandiyalı yarımmüdafiəçi İstabul klubunda özünü xoşbəxt hiss etdiyini deyib.

"Heç bir klubda "Fənərbağça"dakı kimi xoşbəxt olmamışam. Komanda daxilində dostluq, mehribanlıq hökm sürür. Özümü buraya məxsus hiss edirəm. Rəhbərlik də istəsə, "Fənərbağça"də qalmaq fikrim var. "Mançester Yunayted"lə oyunda ilk dəfə tribunada bu qədər çox azarkeş gördüm. İnandırım ki, onların sayəsində heç yorulmadıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR