Günə bir qadın… Namus cinayəti və ya namussuz bəhanə

Günə bir qadın… Namus cinayəti və ya namussuz bəhanə
15:42 5 Noyabr 2016
220 Ölkə
Ölkə mətbuatı
A- A+

...Bu günlərdə sosial şəbəkələrdə, mətbuatda günün əsas mövzusu qadınlar oldu. "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin təşəbbüsü ilə "Qadınlara qarşı zorakılığa son" aksiyası keçirildi. Kimi ictimaiyyətin diqqətini cəlb etmək üçün dinc yürüşün keçirilməsini, kimi də fiziki zorakılıq törədənlərə ən ağır cəza verilməsini tələb etdi. Gün başa çatdı...Və bu gün 2 uşaq anasının intihar etməsi ilə bağlı xəbər oxuduq...

Son illər həftədə ən azı iki qadın qətlə yetirilir və ya intihara sürüklənir. Hətta öldürülən, intihar edən qadınların sayı o qədər artıb ki, hadisələr artıq informasiya lentlərində adi, kriminal xronikaya aid quru xəbər formasında verilir. Belə faktlardan bir neçəsini sadalayaq:

Oktyabrın 30-da Qəbələ rayonunun Kürd kəndində 1991-ci il təvəllüdlü 3 uşaq anası Verdiyeva Səbinə Məzahir qızı həyat yoldaşı tərəfindən qəddarlıqla qətlə yetirilib.

Oktyabrın 29-da 56 yaşlı Rəhimov Əliqismət Heydər oğlu sərxoş vəziyyətdə qızı Tünzalə Şıxəliyeva və həyat yoldaşı Qönçə Umudovanı bıçaqlayıb.

Oktyabrın 28-də Mərdəkan qəsəbəsinin sakini Ceyhun Zeynalov keçmiş həyat yoldaşı Arzu Zeynalovanın üstünə benzin tökərək od vurub.

Bir gün əvvəl çoban uşaqlarının gözü qarşısında arvadının başını kəsib. 26 yaşlı gənc arvadını və baldızını buçaqlayıb.

Dəhşət saçan statistika

"Ötən il 2248 zorakılıq faktı qeydə alınıb. 32 qadın qətlə yetirilib".

Milli.Az bildirir ki, bunu virtualaz.org saytına Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin Elgün Səfərov deyib.

Onun sözlərinə görə, 2014-cü ilə nisbətən ötən il həm zorakılıq faktları, həm də qətlə yetirilən qadınların sayı artıb. "2014-cü ildə 2114 zorakılıq faktı qeydə alınmışdı, 23 qadın qətlə yetirilmişdi. Qısqanclıq və ailə münaqişəsi nəticəsində 2014-cü ildə 809, 2015-ci ildə 867 fakt aşkarlanıb. Hər il ən azı 1 azyaşlı zorakılıq nəticəsində dünyasını dəyişir", - E.Səfərov əlavə edib.

Bu il qətlə yetirilən qadınların statistikası hələlik açıqlanmır. E.Səfərov deyir ki, cinayət işləri başa çatmadığından illik statistikanı söyləmək çətindir.

Elə Dövlət Statistika Komitəsinin rəsmi saytında da bu il törədilmiş cinayət hadisələrinin statistikası verilməyib. DSK-nın məlumatına görə, ötən il məişət zorakılığından 794 qadın, 3 azyaşlı, 4 hamilə qadın zərər çəkib. 641 qadının isə sağlamlığına zərər dəyib. Qeyri-rsmi məlumatlara görə isə, bu ilin 9 ayında 20 qadının öldürüldüyü bildirilir.

E.Səfərov onu da xatırladıb ki, bu ilin birinci yarısında 110 qadın, 28 uşaq intihar intihar edib.

Səbəblər...

Fiziki, psixoloji, iqtisadi və seksual zorakılıq bütün cəmiyyətlərin problemidir. Elgün Səfərov deyir ki, Azərbaycanda da qadınlar zorakılığın bütün növləri ilə qarşılaşırlar. "Digər dövlətlərlə müqayisədə zorakılıqla üzləşən və öldürülən qadınların sayı azdır. Amma digər dövlətlərdə zorakılıqla üzləşənlərin siyahısı fərqlidir. Məsələn, kişilər, yaşlılar və ya uşaqlar da zorakılıqla qarşılaşırlar. Bizdə isə zorakılıq qurbanlarının 80-90 faizi qadınlardır", - E.Səfərov söyləyir.

Müşahidələr göstərir ki, qısqanclıq, boşanmış qadından qisas almaq istəyi, kişinin sözündən çıxmaq, "namus" və bu kimi onlarla bəsit arqumentlər zorakılıq törədənlərin əsas bəhanəsidir.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, öldürülən qadınların üzərinə "namussuz" damğası vurulması artıq ənənə halını almaqdadır. "Kişi öz əməlinə haqq qazandırmaq üçün "namus" bəhanəsindən istifadə edir. Çünki hələ də cəmiyyətdə namus məsələsinə görə adam öldürülməsinə haqq qazandıranlar var", - hüquq müdafiəçisi izah edir.

Bu arada mentalitet məsələsini də unutmayaq. "Ərə getmiş qızın ər evindən yalnız cəsədi çıxa bilər" kimi düşüncələr hələ də yaşayır. Xüsusilə də, rayonlarda ər evindən geri qayıdan qadınlara ailəsi sahib çıxmır. Nəticədə, qadın ya öldürülür, ya da çıxış yolunu intiharda görür.

Sosial problemlərdən qızlarını erkən ərə verib, bu yolla ondan yaxa qurtarmağa çalışan valideynlər də kifayət qədərdir. Qəbələdə baş verən son hadisədə də ailə qızlarının 3 uşaq anası olmasını, hamilələyini səbəb gətirərək onu qatilinin qucağına atıb.

M.Zeynalova deyir ki, sosial-iqtisadi, social-psixoloji problemlər, dəyərlər sisteminin pozulması, qadına qarşı münasibətin dəyişməsi, bir-birinə dayanıqlıq, məsuliyyətin bölünməməsi sonda münaqişələrə və qətillərə səbəb olur.

Zorakılıq qurbanının qorunması

Müşahidələr göstərir ki, polisə müraciət heç də həmişə yaxşı nəticə vermir. Məsələn, ötən ayın səsli-küylü qətllərindən biri - çoban öz arvadını məhz polisə müraciət etdiyi üçün öldürmüşdü. Qəbələdə baş verən qətldən əvvəl qadın döyüldüyü üçün polisə müraciət edərək qorunmasını istəmişdi. Bu isə onu göstərir ki, zorakılıq qurbanlarının qorunması hələ də problem olaraq qalır.

Hüquqşünas Azər Məmmədov deyir ki, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun qəbul edilib, lakin hələ də müəyyən boşluqlar var. Polislər də bu boşluqlara görə ailələrə müdaxilə edə bilmirlər. "Xarici ölkələrdə polis müraciətdən sonra qurbanı qoruyur, həyatı üçün təhlükə olduğu halda onu sığınacağa yerləşdirir. Hətta zor işlədənin qadına yaxınlaşdığı hallar üçün də cəzalar müəyyənləşdirilib. Bizdə isə əksinədir, qadın döyülüb və ya öldürüləndən sonra polis işə qarışır", - A.Məmmədov deyir.

Onun fikrincə, fiziki zorakılıqla bağlı cəza növü də sözügedən qanuna əlavə edilə bilər: "Cəzalar sərtləşdirilməlidir. Təcrübə göstərir ki, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cəzalar ya tətbiq edilmir, ya da çox yüngüldür".

Ailə zorakılığına məruz qalmış qadın polisə müraciət etdikdən sonra müraciətə məsuliyyətsiz yanaşanların da cəzalandırılması tələbini irəli sürür.

Problemli ailələr diqqətdədir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə iddia edir ki, problemli ailələrlə iş aparılır. "Hər regionda monitorinq komissiyaları fəaliyyətdədir. Bu komissiyaların tərkibinə müxtəlif qurumların nümayəndələri daxildir. Komissiyanın fəaliyyəti birbaşa zorakılığın qarşısının alınmasına yönəldilib. Onlar bir çox faciələrin qarşısını ala biliblər", - E.Səfərov söyləyir.

Sığınacaqların yaradılması yubadılır

İnkişaf etmiş ölkələrdə zorakılıq qurbanı olan qadınlar üçün sığınacaqlar - reabilitasiya mərkəzləri yaradılıb.

Hələ 2010-cu ildən Azərbaycanda da bu cür mərkəzlərin yaradılacağı bildirilirdi. Hətta ilkin olaraq Gəncə, Lənkəran, Xaçmaz və Zaqatalada sığınacaq evlərinin tikiləcəyi, uzaq başı 2012-ci ilədək fəaliyyətə veriləcəyi vəd olunmuşdu. Amma 6 ildir ki, bu mərkəzlərin yaradılması gecikdirilir. "Məişət zorakılığına məruz qalan qadınlar üçün sığınacaq evlərinin tikilməsi gündəmdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində sığınacaqlar yaradılacaq", - E.Səfərov deyir.

Hələlik isə QHT-lərin tərkibində sığınacaqlar yaradılıb. Onlar dövlət tərəfindən dəstək alsalar da, maliyyə çətinlikləri ilə üzləşirlər. Məsələn, sığınacaq sakinlərinin geyimlə təminatında çətinliklər var. Bundan əlavə, regionlarda qadınların sığınacağa çıxışı çətindir.

Milli fəaliyyət planı hazırlanır

Məişət zorakılığının qarşısını almaq üçün xüsusi milli fəaliyyət planı hazırlanır. "Layihə müzakirəyə çıxarılıb və təsdiq olunması üçün hökümətə təqdim edilib. Fəaliyyət planında konkret istiqamətlər müəyyənləşdirilib", - E.Səfərov deyir.

Layihədə ailə psixoloqları, ailə hüquqşünaslarının sayının artırılması nəzərdə tutulub. İcra hakimiyyətlərində peşəkar ailə psixoloqu, hüquqşünasların fəliyyəti nəzərdə tutulub.

Təkliflər

Psixi və iqtisadi xərakterli zorakılıqla bağlı İnzibati Xətalar Məcəlləsində cəzalar nəzərdə tutulub. E.Səfərov deyir ki, komitə BMT-nin və Avropa qanunvericiliyinə uyğun cəzalar müəyyənləşdirilməsini təklif edir.

Layihənin qəbulu ilə ailə zorakılığının qarşısının nisbətən də olsa alınacağına ümid edirik. Çünki sığınacaqların yaradılması bağlı proses 6 ildir yubadılır, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunda boşluqlar hələ də aradan qaldırılmayıb. 3-5 qadını toplayıb, hüquqları ilə bağlı maarifləndirmə aparmaq isə işə yaramır. 10 ildir belə tədbirlərin xəbərlərini oxuyuruq. Statistika isə göz önündədir...

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Məşhur müğənni jurnalistlərə hücum etdi

25 Sentyabr 2017 22:54

Düsseldorfda Maqomayevin yubileyi qeyd olundu

25 Sentyabr 2017 22:53

Tələbələrlə bağlı -

25 Sentyabr 2017 22:51

İraq parlamentindən Ərbilə qarşı növbəti qərar -

25 Sentyabr 2017 22:49

“Yuventus” ŞOKDA: Klub prezidenti futboldan uzaqlaşdırıldı

25 Sentyabr 2017 22:48

"Brent" markalı neftin qiyməti 59 dolları ötüb

25 Sentyabr 2017 22:42

Səbinə Əzimova ağır atletika üzrə Avropa çempionu olub

25 Sentyabr 2017 22:37

Rusiya təyyarələri ABŞ-ın dəstəklədiyi qüvvələri bombaladı -

25 Sentyabr 2017 22:30

"Yuventus"un prezidenti bir il müddətinə futboldan kənarlaşdırılıb

25 Sentyabr 2017 22:22

Prezident İlham Əliyev yığma komandamızın oyununda - FOTOLAR

25 Sentyabr 2017 22:19

Kürdlərin referendumu başa çatdı

25 Sentyabr 2017 22:18

Dünyanın ən kök qadını həyatını itirdi -

25 Sentyabr 2017 22:11

Bir ailənin 5 üzvü zəhərləndi - Balakəndə

25 Sentyabr 2017 22:09

"Qəbələ" "Neftçi"yə divan tutdu - 7:1

25 Sentyabr 2017 22:07

Naim Süleymanoğlu ölüm ayağında - Təcili...

25 Sentyabr 2017 21:58

Bakıda universitet tələbəsi kirayə qaldığı evdə müəmmalı şəkildə ölüb

25 Sentyabr 2017 21:52

"Ordumuz İraqa girə bilər" -

25 Sentyabr 2017 21:50

Dünyanın ən bahalı brendləri açıqlandı - SİYAHI

25 Sentyabr 2017 21:49

Prezidentdən SƏRƏNCAM: Ziya Məmmədovun adı çıxarılsın

25 Sentyabr 2017 21:48

Mingəçevirdə sürücü içkili vəziyyətdə maşını dairəyə çırpıb, 6 nəfər yaralanıb

25 Sentyabr 2017 21:47

Tovuzda FACİƏ: Usta "laqonda" ilə ayağını doğradı

25 Sentyabr 2017 21:43

Mixail Qusmana "Kavaler" ordeni təqdim edildi

25 Sentyabr 2017 21:33

SON DƏQİQƏ:Türkiyə və İraq hərəkətə keçdi -

25 Sentyabr 2017 21:30

İraq və Türkiyə birgə hərbi təlimlərə başladı

25 Sentyabr 2017 21:29

Kərkük qarışdı: türkmənlər peşmərgə ilə döyüşür - Ölənlər var

25 Sentyabr 2017 21:28

ABŞ-ın başına 5 milyon pul qoyduğu çeçenin cəsədi tapıldı - FOTO (18+)

25 Sentyabr 2017 21:23

İraq Kürdüstanında səsvermə başa çatdı

25 Sentyabr 2017 21:19

Hitlerin gizli nüvə mərkəzi tapıldı

25 Sentyabr 2017 21:18

Neftin qiyməti iki illik maksimumuna çatıb

25 Sentyabr 2017 21:12

Cəlilabadda baş verən yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb

25 Sentyabr 2017 21:10

“Qarabağ” - “Roma” oyunu ilə bağlı polisdən -

25 Sentyabr 2017 21:04

Gömrük nəzarətindən gizlədilən külli miqdarda siqaret müsadirə edildi

25 Sentyabr 2017 21:03

BƏƏ-nin müdafiə nazirinin müavini Azərbaycana səfərə dəvət olunub

25 Sentyabr 2017 21:02

Brent markalı neft bahalaşdı

25 Sentyabr 2017 20:53

İlham Əliyev millimizin Almaniya üzərində qələbəsini canlı izlədi - FOTO

25 Sentyabr 2017 20:53

Ankara Ərbilə layiqli cavab verəcək -

25 Sentyabr 2017 20:51

Avro-2017: Voleybolçularımız məğlubiyyətsiz 1/4 finalda!

25 Sentyabr 2017 20:49

Azərbaycanda elmlər doktoru olan qadınların sayı açıqlanıb

25 Sentyabr 2017 20:47

“Bu, Rusiyanın qanla ödədiyi əvəzdir” - Rusiya XİN-dən ABŞ-a REAKSİYA

25 Sentyabr 2017 20:43

Azərbaycanın voleybol üzrə milli komandası dörddəbir finala yüksəlib

25 Sentyabr 2017 20:39

Yevlaxda 37 yaşlı kişi bıçaqlanıb

25 Sentyabr 2017 20:37

Sabah daha bir asteroid Yerə yaxınlaşır

25 Sentyabr 2017 20:37

“Yuventus”un prezidenti futboldan kənarlaşdırıldı

25 Sentyabr 2017 20:34

“Beynəlxalq Xəzəryanı Gənclər forumu” yekunlaşıb

25 Sentyabr 2017 20:32

Yeni Ayfon 8-də problem AŞKAR EDİLDİ

25 Sentyabr 2017 20:28

SON DƏQİQƏ:Kərkükdə komendant saatı -

25 Sentyabr 2017 20:26

Prezidentdən "Güzəştli mənzil" sistemi ilə bağlı SƏRƏNCAM

25 Sentyabr 2017 20:18

AÇ-2017: Millimiz 1/4 finalda

25 Sentyabr 2017 20:13

Daşkəsəndə “VAZ”la “Mercedes” toqquşdu - 2 yaralı

25 Sentyabr 2017 20:09

Düsseldorfda Müslim Maqomayevin anadan olmasının 75-ci ildönümü qeyd olunub

25 Sentyabr 2017 20:07