Əliyev Sarkisyanı terrorçuya yalvarmağa məcbur etdi - MÜHARİBƏ QORXUSU

Əliyev Sarkisyanı terrorçuya yalvarmağa məcbur etdi - MÜHARİBƏ QORXUSU
17:13 5 Noyabr 2016
383 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma “DQR” rejimində yeni təyinat olub.

Publika.az
xəbər verir ki, I Qarabağ müharibəsində döyüşən, mülki azərbaycanlılara qarşı qəddarlığı ilə ad çıxarmış, terrorçu general Vitali Balasanyan Təhlükəsizlik Şurasının rəhbəri postuna gətirilib.

V.Balasanyan aprel müharibəsində də iştirak edib. Məlumatlara görə, o, heç bir vəzifə daşımasa da, “dördgünlük müharibə” zamanı qorxaraq qaçan Ağdərə polkunun komandirini əvəz edib. Erməni general işğal altındakı ərazilərin qaytarılmasına qəti şəkildə qarşı çıxır. Bu ilin iyul ayında İrəvanda baş verən qiyam zamanı polis alayının binasını ələ keçirən keçmiş döyüşçülərdən ibarət qiyamçılarla yaxın əlaqələrə malikdir. Hətta qiyamçılar hökumətlə danışıqlarda məhz Balasanyanın vasitəçilik etməsini istəyirdilər.
Balasanyanın Ermənistanın müdafiə naziri olacağı haqda da xəbərələr yayılmışdı. Lakin son anda bu, baş tutmadı.
Məlumatlara görə, təyinat birbaşa İrəvandan edilib. Çünki Balasaryan vaxtilə qondarma “DQR” “prezidenti” Bako Saakyanın əsas rəqibi idi. Hətta Saakyanın ona qarşı sui-qəsd təşkil etdiyi də deyilir. Ona qarşı uğursuz sui-qəsdlərdən sonra Balasaryanla Ermənistanın hazırkı hakimiyyəti arasında narazılıq yaranıb. Erməni mediası yazır ki, Sarkisyan Başlasaryana təklif etdiyi vəzifəni qəbul etməsi üçün xahiş edib. Bundan sonra, o, qəbul edib.

“Terrorçu general”ın təyinatının arxasında dayanan səbəblər maraqlıdır. Ehtimallara görə, Sarkisyan danışıqlar masasında əyləşməkdən imtina edir. Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun geniş miqyaslı hərbi təlimlərə başlaması İrəvanı ciddi qorxuya salıb. Ermənistan rəhbərliyi aprel müharibəsinin təkrarlana biləcəyindən qorxaraq, təşvişə düşüb. Sarkisyanın Balasanyanı “DQR”-də Təhlükəsizlik Şurasının rəhbəri təyin etməsinin səbəbi də mümkün müharibəyə hazırlıqla bağlı ola bilər.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/174877.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR