ABŞ-da Cövhər Tsarnayevin məhkəməsi başladı

ABŞ-da Cövhər Tsarnayevin məhkəməsi başladı
21:36 5 Yanvar 2015
135 Dünya
Ölkə mətbuatı
A- A+

Boston marafonu cinayətində şübhəli bilinən Cövhər Tsarnayevin məhkəməsi bu gün başlayıb.

ANS PRESS-in məlumatına görə, keçən həftə hakim Tsarnayevin vəkillərinin məhkəmənin yerini dəyişdirilməsinə dair vəsatətini rədd etmişdi.

21 yaşlı Tsarnayev evdə düzəldilmiş iki bombanı 2013-cü il aprelin 15-də marafonun finiş xəttinə yaxın ərazidə partladıb. O, sui-qəsd, kütləvi qırğın, 3 adam öldürmək və 260 insanı yaralamaq da daxil olmaqla, 30 cinayət maddəsi ilə ittiham olunur.

Tsarnayev həmçinin həmin hadisədən üç gün sonra polisə qarşı silahlı hücumda da ittiham olunur. Məhkəmə onu günahkar bilərsə, o ölüm cəzası ilə üzləşəcək. Cövhər Tsarnayev ittihamları rədd edir. Hadisədə şübhəli bilinən ikinci şəxs - qardaşı Tamerlan hadisə zamanı polis tərəfindən öldürülüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR