Azərbaycanda yaşayan lüteranlar - işıq da alman hesabı ilə yandırılır - REPORTAJ - FOTO

Azərbaycanda yaşayan lüteranlar - işıq da alman hesabı ilə yandırılır - REPORTAJ - FOTO
17:37 5 Noyabr 2016
167 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda müxtəlif millətlərin nümayəndələri ilə yanaşı, ayrı-ayrı dinlərin təmsilçiləri də yaşayır. Onlar heç bir qadağalara məruz qalmadan sərbəst şəkildə öz dini ibadətlərini həyata keçirə, mədəniyyətlərini nəsildən-nəsilə ötürə bilirlər. Azərbaycanda lüteranların sayı çox olmasa da, protestantlığın başlıca istiqamətlərindən sayılan lüteranlığın dini icması var. "Report"un əməkdaşları üzvlərinin əksəriyyəti mənşəyində almanlarla qohumluq əlaqəsi olan Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının ofisində olub, icma sədri və üzvləri ilə yaxından tanış olublar.

Alman hesabı ilə istifadə edilən elektrik enerjisi 

Qurumun sədri Vera Viktorovna Nestereva və icmanın bir neçə üzvü bizi qapıda qarşılayırlar. Binanın blokunda giriş qaranlıq olsa da, icmanın yerləşdiyi mənzilin qarşısına ayaq qoyanda işıqlar yanır. V.Viktorovna elektrik enerjisindən alman hesabı ilə istifadə etdiklərini deyir: "Lazım olmayanda sönür" (gülür).
Əksəriyyəti babası və ya nənəsi, xalası, bibisi vasitəsilə almanlara bağlı olan bu insanlar olduqca mehriban, gülərüzlü və sadədirlər. Bir neçə otaqdan ibarət ofislərinə daxil olanda təmirsiz bir məkanda divarlara asılan maraqlı şəkillər, müxtəlif dini aksessuarlar, pəncərə qarşısına yığılan dibçəklər insanın ruhuna sakitlik verir.
Vera xanım mənzilə daxil olan kimi tələsik bağlı stullardan açıb düzür, başqa biri çay qoymaq üçün mətbəxə keçir, digəri isə dibçəkdəki güllərin qayğısına qalır. Buranı doğma evləri kimi əzizləyən icma üzləri iki dəqiqənin içərisində insanda qonaqpərvər olduqlarına dair fikir yaradırlar.

Lüteranlığın tarixi haqqında bir neçə söz

Gələn il lüteranlığın yaranmasının 500 illiyi qeyd olunacaq. Lüteranlıq - protestantlığın başlıca istiqamətlərindən biridir. 1517-ci ildə (XVI əsr) Almaniyada reformasiya (islahat) dövründə yaranıb. Əsasını almaniyalı professor Martin Lüter qoyub. İdeya əsasını Bibliya, "Razılıq kitabı", İncil və Apostol müraciətnamələri təşkil edir. Lüteranlıq ayinlərin sadələşdirilməsi uğrunda çıxış edir, boşanmaya və ikinci dəfə nikaha icazə verir və s. Katolik kilsəsi lüteranların islahatla bağlı fikirlərinə nə qədər sərt reaksiya versə də, yüzə yaxın tezislərlə gündəmə gələn lüteranlıq qısa müddətdə geniş yayılıb.

Məzhəb qarşıdurması yalnız müsəlman aləminin problemi olmayıb

İcma sədri bildirir ki, indi Almaniyada əhalinin yarısı lüteran, yarısı isə katolikdir. Şimali Avropa, Norveç, İsveç, Finlandiya kimi ölkələrin əhalisinin də əksəriyyəti lüteranlardır. İrlandiyanın 99 faizi lüteranlardır. Cənubi Afrikada da lüteranlar var. 
İcmanın üzvü Rita Paşayevanın sözlərinə görə, almanların yaşadqıları müxtəlif ölkələrdə lüteran icmaları yaranıb.
Tarixdən bildiyimiz "Varfolomey gecəsi" lüteranlar üçün dəhşətli tarixdir. 1572-ci il avqustun 24-də Fransada bir gecədə minlərlə insan protestant olduğu üçün qətlə yetirilib.
Rita xanım deyir ki, Almaniyada lüteranlar bir-biri ilə çox gözəl anlaşırlar: "Almaniyada lüteran və katolik kilsələri eyni küçədə yerləşir. Katolik kilsələri daha böyüklüyü və zənginliyi ilə nəzərə çarpır. Katolik kilsələri daha əvvəldən tikilib". 
İcma üzvlərinin sözlərinə görə, vaxtilə Martin Lüter katoliklərin kilsələrində bütün aksessuarların qızıldan hazırlandığını görüb. Nəticədə sadə adamlar bu cür zəngin yerə daxil olanda özünü pis hiss edirmiş. Ona görə də lüteran kilsələrində ikonalar, bahalı əşyalar yoxdur.

Lüteranlığın daşıyıcısı almanların Azərbaycana gəlməsindən 200 il ötür

Vera xanım almanların Azərbaycana 200 il əvvəl köçürüldüyünü söyləyir: "1817-ci ildə General Yermolov almanların ilk dəstələrinin Azərbaycana yerləşdirilməsi barədə göstəriş verib. Almanların Azərbaycana ilk kütləvi köçü isə 1817-1819-cu illərə təsadüf edir. Azərbaycana yerləşdirilmiş almanlar Vürtemburq krallığının sakinləri olublar. Alman ailələri Şəmkir yaxınlığında Helenendorf (Göygöl rayonu) və Annenfeld adlı iki koloniya salıblar. Yaşayış məntəqəsi plan üzrə salınıb. Bu koloniyalardan başqa almanlar Azərbaycanda Georqsfeld, Qrünfeld, Ayxenfeld, Traubenfeld, Yelizavetinka kimi kəndlər də salıblar. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda yaşayan almanların əksəriyyəti xristianlığın protestantlıq qoluna etiqad ediblər. 1857-ci ildə Helenendorfda protestant kilsəsi tikilib. Sonralar Gədəbəy, Şamaxı, Bakı, Şəmkir ərazisində də alman lüteran kilsələri tikilərək istifadəyə verilib. Hazırda Şəmkirdə, Göygöldə restavrasiya edilmiş kirxalar var. Lüteran kilsəsi Göygöldə tarix muzeyi kimi fəaliyyət göstərir. Şəmkirdə isə kilsə kimi qalır və ibadət etmək olar. Türkiyədə də lüteranlar var, almanlar və qarışıq nikahlardan doğulan insanlardır. Bu yaxında bizə qonaq da gəlmişdilər". 

İcma sədrinin sözlərinə görə, o zaman almanların Azərbaycana gəlmələrinin səbəbi yaşadıqları ərazilərdə çətin şərait, torpaq çatışmazlığı və s. olub: "Almaniyanın  həmin dövrdəki qanunlarına görə, valideynlərin mirası sadəcə kiçik övlada qalırdı. Ailələrdə isə çox uşaq olurdu. Dolana bilməyən alman ailələri yeni yerlərə köçmək istəyirdilər. Almanların Cənubi Qafqaza gəlməsi də həmin tarixə təsadüf edir. O zaman Cənubi Qafqazda erməni dövləti olmadığından almanlar sadəcə Gürcüstan və Azərbaycana yerləşdirilmişdi. Azərbaycan torpaqlarına yerləşdirilən almanlarla yerli əhali arasında heç bir qarşıdurma qeydə alınmayıb".

Sədr deyir ki, 1939-cu ildə Azərbaycanda 13 133 nəfər alman yaşayırdı: "1989-cu ilin siyahıyaalınmasına görə, onlardan cəmi 748 nəfəri qalıb. Bunun da 134-ü Bakıda yaşayırdı. Hazırda isə ölkədə 500 nəfər qarışıq nikahların törəməsi olan almanlar yaşayır".

Azərbaycandakı almanlar niyə azalıblar?

1941-ci ilin sentyabrında Stalinin əmri və Mikoyanın təşəbbüsü ilə təqribən 20 mindən çox Azərbaycan vətəndaşı olan almanlar heç bir tutarlı dəlil olmadan Sibirə və Qazaxıstana sürgün ediliblər. İcmanın üzvləri vurğulayırlar ki, sürgün vaxtı yolda ölənlər, sonradan getdikləri yerdə aclıqdan və soyuqdan tələf olanlar da çox olur. Bir çoxu isə orada məskunlaşdıqları üçün sonradan Azərbaycana dönmürlər. Qeyd edək ki, onların evlərinin çoxuna Mikoyanın havadarlığı ilə ermənilər yerləşdirilib. Tarixdən də məlumdur ki, 1941-ci ildə almanlar Xanlardan (indiki Göygöl rayonu) sürgün edilənədək rayon ərazisində bir nəfər də erməni yaşamayıb. Almanlar sürgün olunduqdan sonra ermənilər onların evlərini zəbt ediblər. Göygöl, Şəmkir, Daşkəsən, Gədəbəy rayonlarında almanlar tərəfindən xeyli yaşayış məntəqəsi salınıb. Azərbaycan almanlarının inşa etdikləri məşhur tiklilərin bəziləri Bakıda yerləşir.

Xilaskar Yevangelik Lüteranların Bakı dini icması dövlət qeydiyyatına alınıb

Vera xanım bildirir ki, Bakıda lüteran dini icması 1994-cü ildə yaradılıb və dövlət qeydiyyatından keçib: "Azərbaycandakı 500 alman əsilli vətəndaşların yüzdən çoxu icmamızın üzvüdür. Repressiya illərində lüteranların nəinki icması, kilsəlsi də bağlanıb. Sovet dövründə tək lüteranlara yox, bütün dinlərə qarşı eyni vəziyyət sərgilənib. Katoliklərin kilsəsi tamamilə dağılsa da, bizim Bakıdakı kirxa təsadüf nəticəsində qalıb".

Kirxanın işinə yarayan ölüm

1934-cü ildə Kirov öldükdən sonra onun abidəsi kirxa çox hündür olduğu üçün orada hazırlandığından emalatxana kimi istifadə olunan kilsə sökülməyib. Almanlar Sibirə, Qazaxıstana deportasiya edildiyindən həmin kirxa emalatxana kimi qalıb. Azərbaycanın müstəqilliyinin bərpasından sonra buradakı almanlar yavaş-yavaş bir araya gəlməyə başlayıblar.
Müstəqilliyin bərpasından sonra Azərbaycandan gedən almanlar da olub. Amma onların bəziləri Almaniya dövlətinin irəli sürdüyü dil, adət-ənənə ilə bağlı tələbələrə istənilən şəkildə cavab verə bilmədiyindən getmək arzuları reallaşmayıb. Həm uzun illər Azərbaycanda yaşayan, burada doğulub böyüyən almanlar üçün Azərbaycan çoxdan doğma vətən olmuşdu.

"İbadət üçün kirayəni ödəməkdə çətinlik çəkirik"

"Lüteran kilsəsi hazırda dövlətin balansındadır, Kamera və Orqan Musiqi Zalı kimi fəaliyyət göstərir. Həftədə bir dəfə öz kilsəmizdə bir-iki saat ibadət etmək üçün 20 manat ödəməyimizdən narahatıq. Üzvlərimizin çoxu yaşlı insanlar olduğundan məbləği toplamaqda çətinlik çəkirik. 20 il bundan əvvəl Almaniya səfirliyi ilə Mədəniyyət və Turizm Nazirliyi arasında müqavilə var idi və ibadət üçün ildə cəmi 1 ABŞ dolları ödəyirdik. Bu da simvolik bir məbləğ idi. Amma daha sonra məbləğ 20 manata yüksəldi. Biz sponsorlar axtarıb tapırıq və onlar bizə kömək edirlər", - deyə Vera xanım bildirir.

Milli.Az
















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Dünyanı mat qoyan xəstəlik: Bu uşaqlar yalnız gün çıxanda hərəkət edə bilirlər - FOTOLAR

22 Sentyabr 2017 15:53

Yasamalda yataqxanada baş verən yanğında polis komandiri zəhərlənib

22 Sentyabr 2017 15:49

Evdə hazırlayacağınız arıqlama şirəsi

22 Sentyabr 2017 15:49

"AVRO-2017": Azərbaycan millisi macarlara qarşı - YENİLƏNİR

22 Sentyabr 2017 15:47

Vergilər naziri Qaxda vətəndaşları qəbul edib

22 Sentyabr 2017 15:47

Ronaldo: "Real"a "9" nömrə lazım deyil"

22 Sentyabr 2017 15:47

200 və 43 saylı məktəb-liseydə nə baş verir?

22 Sentyabr 2017 15:43

Bakıda voleybolçu qadınlar arasında Avropa çempionatı start götürüb

22 Sentyabr 2017 15:42

QHT Şurası Mingəçevirdə regional konfrans keçirib

22 Sentyabr 2017 15:39

İradə İbrahimova gözəlliyi və pozaları ilə modellərə MEYDAN OXUDU - FOTO

22 Sentyabr 2017 15:38

"Kaşaqan" yatağında proqnozlaşdırılan hasilat ləngiyir

22 Sentyabr 2017 15:37

“Apple” şirkəti “iPhone 8” və “8 Plus” smartfonlarının satışına başlayıb

22 Sentyabr 2017 15:35

Dünyanın ƏN QƏRİBƏ toy geyimləri

22 Sentyabr 2017 15:33

İçərişəhərdə “Qız qalası” VII beynəlxalq incəsənət festivalı keçiriləcək

22 Sentyabr 2017 15:32

Hindistan hərbçiləri Kəşmiri top atəşinə tutub: 6 nəfər ölüb, 26 nəfər yaralanıb

22 Sentyabr 2017 15:32

Zəlzələdən sonra yaşananlar hər kəsi şoka saldı

22 Sentyabr 2017 15:29

“AAAF Park”la bağlı RƏSMİ AÇIQLAMA

22 Sentyabr 2017 15:28

“Bank VTB (Azerbaijan)” əmək haqqı kartlarının sahiblərinə kredit təklif edir

22 Sentyabr 2017 15:27

Nizami Baloğlanov: "Azərbaycanlıların Rusiya dövlət strukturlarına müraciətləri cavabsız qalıb"

22 Sentyabr 2017 15:22

Müsavat Partiyası Milli Şuranın mitinqinə qatılmayacaq

22 Sentyabr 2017 15:22

SORĞU: Deyirlər ki, sabah dünya dağılacaq

22 Sentyabr 2017 15:20

Erməni deputatların Bakıya gəlməsinə etiraz olaraq aksiya keçirildi - FOTO

22 Sentyabr 2017 15:19

“AAAF Park”ın əmlakı siyahıya alınıb, rəhbəri isə Kosovodadır

22 Sentyabr 2017 15:17

Rusiyanın hərbi gəmiləri Bakı limanını tərk edib

22 Sentyabr 2017 15:17

® “Bank of Baku” Şənbə və Bazar günləri də müştərilərin xidmətindədir!

22 Sentyabr 2017 15:14

"Apple"dən daha bir yenilik

22 Sentyabr 2017 15:13

Azərbaycan üçün vacib 3 gün...

22 Sentyabr 2017 15:13

“Avropa Avtobus Turu”nun nümayəndələri UNEC-in Zaqatala filialında

22 Sentyabr 2017 15:09

“Total” SOCAR-ın mütəxəssisləri üçün seminarlar təşkil edib

22 Sentyabr 2017 15:07

Azərbaycandakı 81 neft-qaz yatağından 33-ü qeyri-işləkdir

22 Sentyabr 2017 15:04

“Mahmud Qaşqarlı” mükafatı təqdim edildi - FOTOLAR

22 Sentyabr 2017 15:03

Mübariz Qurbanlı: “Azərbaycanın orta məktəblərində dini fənnin tədrisi təklif olunur"

22 Sentyabr 2017 15:02

Yaşlı qadının protezini oğulayan şəxslər: "Peşmanıq"

22 Sentyabr 2017 14:59

Dahi şairimizin ev muzeyi söküldü

22 Sentyabr 2017 14:59

“Günəşli” yatağında daha bir quyu istismara qaytarılıb

22 Sentyabr 2017 14:57

Rəhbərinin həbs xəbəri yayılan "AAAF Park"da nə baş verir? - Şirkət rəsmisi Lent.az-a danışdı

22 Sentyabr 2017 14:54

Minsk qiyamı yatırmağa hazırlaşır: Lukaşenkonun MAYDAN QORXUSU

22 Sentyabr 2017 14:53

Azad Rəhimov “Minsk 2019” II Avropa Oyunlarının Koordinasiya Komissiyasının iclasında iştirak edib

22 Sentyabr 2017 14:52

Əsas investorlar karbohidrogen aktivlərindən imtina edir

22 Sentyabr 2017 14:52

DİQQƏT: Məktəb direktorları üçün yeni layihəyə

22 Sentyabr 2017 14:52

Pərpətöyün turşusunun hazırlanması

22 Sentyabr 2017 14:49

İldə bir qadınla sevgili olan 60 yaşlı aparıcı haqqında BİLMƏDİKLƏRİNİZ - FOTO

22 Sentyabr 2017 14:48

Mixeil Saakaşvili Lvov məhkəməsinə gəlməyib

22 Sentyabr 2017 14:47

Abşeronda qadının protez dişlərinini oğurlamaqda təqsirləndirilən şəxslərin məhkəməsində zərərçəkmiş dindirilib

22 Sentyabr 2017 14:47

UCİ-a yeni prezident seçilib

22 Sentyabr 2017 14:47

Nadir Qafarzadə ölkədən getmək istəyir

22 Sentyabr 2017 14:45

Yüzillik müqavilə işə salınır: Ankaradan MÜHARİBƏ XƏBƏRDARLIĞI

22 Sentyabr 2017 14:43

Virtual reallıq dəstəkli ilk brauzer nümayiş olunub

22 Sentyabr 2017 14:35

Abşeronda 13 yaşlı bu oğlan yoxa çıxdı - FOTO

22 Sentyabr 2017 14:34

Ermənistan Müdafiə Nazirliyinin zabiti qəza törədib, məktəbli ölüb

22 Sentyabr 2017 14:32