Üzərində Azərbaycanla bağlı yazı olan bir şüşə su 10 minə satılır – FOTO

Üzərində Azərbaycanla bağlı yazı olan bir şüşə su 10 minə satılır – FOTO
18:58 5 Noyabr 2016
231 Maraqlı
Ölkə mətbuatı
A- A+

Rusiyanın Omsk vilayətində fərdi kolleksiyaçı bir şüşə mineral suyu 10 min rubla (təxminən 156 dollar) satışa çıxarıb.

Publika.az Virtualaz.org-a istinadən xəbər verir ki, “Omsk № 1” mineral suyunun bu cür bahalı olmasının səbəbi onun ötən əsrin 80-ci illərində doldurulmasıdır. Üstəlik Sovet Azərbaycanının 60 illik yubileyi münasibətilə. Bu səbəbdən şüşənin üzərində “Sovet Azərbaycanı-60 il” yazılıb.

Kolleksiyaçı bildirir ki, şüşə metal qapaqla örtülüb və suda çöküntü yoxdur.

“Hazırda iki şüşə belə su var. Ola bilsin ki təkcə Rusiyada, heç dünyada bu sudan qalmayıb” - kolleksiyaçı bildirir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/174886.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR