“Neftçi” – “İnter” oyununda biabırçı səhv: Hakim bu epizoda penalti dedi - VİDEO

“Neftçi” – “İnter” oyununda biabırçı səhv: Hakim bu epizoda penalti dedi - VİDEO
19:42 5 Noyabr 2016
68 İdman
Ölkə mətbuatı
A- A+

Azəbaycan Premyer Liqasının XI turu çərçivəsində baş tutan "Neftçi" - "İnter" oyunu kobud hakim səhvi ilə diqqət çəkib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, görüşün baş hakimi Rəvan Həmzəzadənin matçın 60-cı dəqiqəsində "bankirlər"in qapısına təyin etdiyi penalti hər kəsin təəccübünə səbəb olub.

Belə ki, hesab 1:0 olarkən Cavid İmamverdiyevin qapı ağzına ötürməsi zamanı qonaqların futbolçusu  Zurab Xizanaşvili topun qarşısını əli ilə alıb.

Ancaq referinin düşündüyünün əksinə, topun ələ təması cərimə meydançasının xəttindən nəzərə çarpacaq dərəcədə  kənarda idi.
 
"İnter"li oyunçuların etirazı fayda verməyib və penaltini dəqiq yerinə yetirən Araz Abdullayev hesabı 2:0 edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486700.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR