Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 5 Noyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 5 Noyabr
20:04 5 Noyabr 2016
77 Digər
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ

 

ABŞ-da prezident seçkiləri hər zaman sürpriz nəticələrə açıqdır. 2000-ci ildə Albert Qor və Corc Buş arasında keçən, aylarla mübahisə mövzusu olan seçkiləri xatırlamaq kifayət edər. Üç gün sonra baş tutacaq seçkilərdə sürpriz nəticələrin ola biləcəyi təkcə Tramp faktoruna əsaslanmır. 21-ci əsrdə texnologiyaların sürətli inkişafı qeyri-ənənəvi mübarizə üsullarını ön plana çıxarır, seçkilərlə bağlı ABŞ və Rusiya arasında kiberhücumların intensivləşməsini buna misal çəkmək olar. Vaşinqton rus hakerlərin seçkilərin nəticələrinə müdaxilə edə biləcəyindən ehtiyatlanır və buna qarşı preventiv tədbirlər hazırlayır. Belə bir ehtimalın olması belə, seçkilərin nəticələrini indidən şübhə altına almağa əsas verir. Çünki loru dildə desək, Tramp qalib gələrsə, bu qələbədə rus hakerlərin oynadığı rol qabardılacaq, Hillarinin qələbəsini isə Tramp və tərəfdarları Mərkəzi Kəşfiyyat idarəsinin kiber komandasının ayağına yazacaqlar. Seçkilərin real nəticələrinə gəldikdə, hətta Trampın qələbəsi belə ABŞ-da heç nəyi dəyişməyəcək. Respublikaçı namizədin dəmir cizgilərdən kənara çıxması onu hər an impiçmentlə üz-üzə qoya bilər. Bu gerçəklik Trampa da məlumdur. Bu səbəbdən hətta seçkilərin qalibi Tramp olsa belə, ABŞ-ın siyasətində sürpriz dəyişikliyin olacağı mümkünsüzdür. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258668

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR