Nizami Hacıyevdən şok açıqlamalar - MÜSAHİBƏ

Nizami Hacıyevdən şok açıqlamalar -   MÜSAHİBƏ
20:17 5 Noyabr 2016
94 İdman
Ölkə mətbuatı
A- A+

“İnter”in kapitanı Nizami Hacıyev Topaz Premyer Liqasının XI turunda “Neftçi”yə məğlubiyyətdən sonra qalmaqal yaradacaq açıqlamalar verib. Fanat.Az xəbər verir ki, təcrübəli futbolçu hakimlərin ünvanına sərt ifadələr işlədib.



- Oyun gözlədiyimiz kimi çətin oldu. Asan oyun olmur. İndi baxdım penalti epizoduna, orada penalti yoxdur. İlk qolda 2 metr “ofsayd” vardı. Bir söz deyim: əgər kimsə bizi sındırmaq istəyirsə, bu, onsuzda alınmayacaq. Bu, birinci və axırıncı məğlubiyyət idi. Hər oyun qapımıza 3 penalti versələr, əlbəttə, uduzacağıq. Amma belə davam eləsə... Onsuzda Azərbaycan futbolu çöküb. Çöküb də qaqaş, yoxdur futbol. Bunu bu dərəcədə eləmək lazım deyil. Xahiş edirəm, hakimlərə cavabdeh olan şəxslər baxsınlar bu oyuna. Qoy, qiymət versinlər. Nə oldu e, kimin ki 3 “sarı”sı vardı, bu gün 4-cünü verdi. Penalti epizodunu gördünüz?


- Lakin orada baş hakim cərimə zərbəsi təyin etmişdi.  Köməkçisinin sözündən sonra 11 metrlik nöqtəni göstərdi...

- Fərqi nədir ki? İstənilən halda hakim bu səhvi edir. Gəncədə penalti verdilər, sonra dedilər bağışlayın, penalti yox idi. Burda veriblər, indi deyəcəklər ki, bağışlayın. Bu nə qədər olar? İstəyirlərsə “İnter” axırıncı yerdə getsin, bir dəfə desinlər. Milli komandanın 5 futbolçusu əsas heyətdə oynayır, yenə də bizi sıxırlar. Bu, nə qədər davam edəcək?


- Belə çıxır ki, sizinlə şəxsi qərəzləri var?

- Vallah, belə çıxır da. Mən bunu başqa cür qəbul edə bilmirəm. 


- Oyun zamanı hakimə “bir də olsa, komandanı meydandan çıxardacam” söylədiniz. Doğurdan çıxaradacaqdınız?

- Əlbəttə, çıxardacağdım. Baş məşqçiyə deyirlər ki, Nizami niyə hakimə etiraz edir? Mən komandanın kapitanıyam, haqqım var. Kapitan niyə seçilir ki? Yalandan sarğını qolda saxlamaq üçün? Ağabalaya “sarı” verir. Sual verirəm ki, niyə vərəqə göstərdin? Deyir özü bilir. Bu nə deməkdir? Mən “Pole çudes” oynayıram? Allaha and olsun ki, bu, biabırçılıqdır. Belə davam etsə, növbəti oyunlarda şou olacaq. Bu da bir başa yuxarı gedəcək. Kişi kimi futbol oynayırıq. Xeyir ola e, bizi sıxmalıdırlar? Xalqın düşmənləriyik?


- Oyununuz ilk hissədə də alınmadı. Baş məşqçi qeyd etdi ki, Rauf Əliyevin yoxluğu öz sözünü dedi...

- Əlbəttə, təsir edir. Rauf elə oyunçudur ki, topu qabaqda saxlayıb, ötürmə verir.  Yəni, hücumlarımızı qura bilirk. Bu gün bunu edən olmadı. Pərdis 5 metrdən vurdu qapıçının üstünə. Halbuki orda mənə ötürsə, boş qapıya da vurmaq olardı. Mən onu qınamıram, futbolçudur, olur belə şeylər. Mən də son dəqiqədə çıxdım, ötürmıni düzgün verə bilmədim.


- “İnter”ə qarşı ögey münasibətin səbəbini nədə görürsünüz?

- Mən klubun prezidentinə müraciət elədim. Dedim ki, bu klubların rəhbərləri getsinlər, danışsınlar hakimlərlə bağlı. Görsünlər bu nə məsələdir. 10 oyundur uduzmurduq. Bu gün hakim səhvindən yenildik. Səhv olar bir dəfə, verdin penaltini, başa düşdük. Lakin bütün xırda şeylərdə belə, bizim əleyhimizə qərar verdi.  Məni düz başa düşün, ifadələri düzgün yazın ki, bu millət bilsin biz nələr çəkirik. Sonra da deyirlər ki, hakimlə danışma. Necə danışmayaq? Səhv olur, səhvsiz insan yoxdur. Amma bu gün hər iki qolda yanlış qərar verdilər. Mən bunu qərəz kimi qəbul edirəm. Bu baş hakim layiqli cəzasını almasa, futbol çökmüş vəziyyətdədir, bundan da pis olacaq.


- Demişdiniz ki, formada deyilsiniz, lakin hazır olanda yığmaya çağırmasalar müəyyən insanlardan hesab soracaqsınız...

- Bu, bir az qəliz məsələdir. Millinin heyəti artıq açıqlanıb. Mən də sizin vasitənizlə baş məşqçiyə səslənirəm ki, niyə məni dəvət etmir? Futbolçular var ki, əziyyət çəkir, millidən kənarda qalır. Hamınızdan xahiş edirəm, bunları yazın. Mənim adımdan Robert Prosineçkiyə sual verin ki, bir oyunçu əsas heyətdə oynayır, kapitandırsa, qol vuruşa, komanda 3-cü yerdə gedirsə, bu oyunçu niyə çağırılmır. Siz soruşun, mən onunla görüşmürəm. Birdən bizim məhlədə qalsa, özüm də soruşaram. Üz-üzə gəlsəm, soruşaram. Kənd uşağıyam, mənim üçün fərqi yoxdur. Məndə elə təəssürat yaranır ki, kimi gəldi, necə gəldi çağırırlar.


- Elxan Abdullayev köməkçisidi, ondan soruşun...

- Yox, ondan soruşmağım düz olmaz. O, “Neftçi”nin baş məşqçisidir.

 



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-nizami-hacyevdn-ok-acqlamalar-t53938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR