Hollivud aktrisası Cennifer Eniston gözəl bədən quruluşunun sirrini açıqlayıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, 15 kq arıqladan pəhrizini yayımlayıb:
"Ovcunuza sığıacaq qədər zülal yeyin, istədiyiniz qədər tərəvəzdən istifadə edin. Toyuq, balıq, mal əti, yumurta yeyin. Tərəvəzlərin hamısını yeyə bilərsiniz. Amma meyvələrdə seçici olmalısınız. Belə ki, banan, gavalı, üzüm həddindən artıq şəkər tərkibli olduğu üçün az yeməkdə fayda var. Şəkər, çörək, un məmulatları, makaronlar, kartof, kofeinli içkilər, alkoqollu və qazlı içkilər qadağandır. Balıq və zeytun yağı istifadə edin, heyvan mənşəli yağlardan uzaq durun".
Milli.Az