Məşhur şəxslərin tarixə düşən MARAQLI CAVABLARI

Məşhur şəxslərin tarixə düşən MARAQLI CAVABLARI
21:42 5 Yanvar 2015
481 Maraqlı
Ölkə mətbuatı
A- A+

Milli.Az modern.az-a istinadən məşhur şəxsiyyətlərin hazırcavablığının məhsulu olan və deyildiyi andan etibarən şöhrət qazanan cavabların bir neçəsini təqdim edir:

Tərkidünya həyat tərzi ilə ad çıxaran və dünya nemətlərindən vaz keçən qədim yunan filosofu Diogen bir gün çox dar dalanda şəhərin mənfur xislətli zəngin sakini ilə qarşılaşır. Dalan o qədər dar olar ki, eyni anda yan-yana iki nəfərin hərəkəti mümkünsüzləşir. İki nəfərdən birinin yol verməli olduğu məqamda heç biri bu addımı atmır. Axırda varlı kişi əsəbləşib deyir: - Mən bir axmağın önündə heç vaxt geri çəkilmərəm. Bu zaman Diogen geri çəkilərək bu cavabı verir: - Amma mən çəkilərəm.

***

Xoşbəxliyin insanın öz əlində, sərvətin isə öz ayaqları altında olduğunu deyən məşhur filosofdan soruşurlar: - Madam ki sərvət ayaqlarınızın altındadır, niyə onu əldə edə bilmirsiniz? Təmkinini pozmayan filosof bu cavabı verir: - Çünki ona çatmaq üçün əyilmək lazımdır və mən də əyilməyi bacarmıram!

***

İngiltərənin baş naziri Uinston Çörçill kürsüdə çıxış edərkən müxalif partiyanın üzvü olan bir qadın onun sözünü kəsir:

- Əgər həyat yoldaşınız olsaydım sizin qəhvənizə zəhər atıb qarışdırardım! Hər zaman hazırcavablığı ilə fərqlənən Çörçill sakit tərzdə cavab verir: - Xanım, əgər həyat yoldaşım siz olsaydınız mən o qəhvəni sevə-sevə içərdim.

***

Sokratla arvadı bir-birilə yola getmirdilər. Arvadı həddindən çox deyinir, fərsiz saydığı filosofu danlayırdı. Sokrat isə səbirlə ona dözürdü. Bir gün həddindən artıq qəzəblənən arvadı Sokratın bu qədər təhqirlər qarşısında sakit dayandığını, oturduğu yerdən qımıldanmadığını belə görüb hirsindən onun başına bir vedrə su tökür. Sokrat yenə də təmkinini pozmur və deyir: - Bu qədər göy gurultusundan sonra mütləq leysan yağmalı idi.

***

Bernard Şou ilə Çörçilin qəti arası yox idi. Hər zaman bir-biri ilə tikanlı-tikanlı danışarmışlar. Bir gün Bernard Şou müəllifi olduğu pyes əsasında hazırlanan tamaşaya Çörçili dəvət edir və məktubda belə yazır: “sizə iki nəfərlik yer ayırdıq. Özünüzlə dostunuzu da götürə bilərsiniz. Təbii ki, əgər dostunuz varsa”. Çörçil məktubu oxuyan kimi belə cavab yazır: - Həmin gün başqa bir yerə dəvətliyəm. Təəssüf ki, gələ bilməyəcəyəm. Amma tamaşanız ikinci dəfə göstəriləndə mütləq gələrəm. Təbii ki, əgər tamaşanız ikinci dəfə göstərilmək gücündədirsə.

***

Böyük alim Qaliley həm də qulaqlarının böyüklüyünə görə seçilirdi. Bir gün müasirlərindən biri ona sataşmaq üçün deyir:

- Cənab Qaliley qulaqlarınız bir insan üçün elə bil bir az böyükdür. Bunun fərqindəsiniz? Qalileyin cavabı: - Doğrudur. Amma sizin qulaqlarınız bir eşşək üçün elə bil bir az kiçikdir. Bəs siz bunun fərqindəsiniz?!

***

Tədbirlərin birində bir adam şair Məhmət Akifi aşağılamaq istəyir və ondan soruşur:

- Bağışlayın bəy, siz baytarsınız? - Bəli baytaram, bir yeriniz ağramır ki?

***

Cumhuriyyətin elanından sonra İstanbulda rəsmi mərasim keçirilirdi. Bu zaman xarici ölkələrin bütün səfir və nümayəndələri Atatürkü təbrik etməyə gəlir. Yığıncaq başlayandan Atatürk ingilis səfirin ona hədə ilə baxdığını hiss edir. İş o yerə çatır ki, köməkçisini onun yanına göndərib səbəbini soruşmaq istəyir. Köməkçisi bu cavabla qayıdır:

- Səfir dedi ki, o, Çanaqqala savaşında mənim atamı öldürüb.

Mustafa Kamal cavabında:

- Sən get ondan soruş ki, onun atasının Çanaqqalada nə işi var idi.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR