Günaha razı olan, o günahda şərikdir

Günaha razı olan, o günahda şərikdir
21:17 5 Noyabr 2016
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Muhərrəm dönəmini yaşayırıq. Aşura günü baş verən faciə insanı belə düşünməyə vadar edir ki, necə bu qədər daşürəkli və rəhimsiz olmaq olar ki, Ali-Muhəmməd (ə) ilə belə rəftar edilsin.

Günahın təsiri belədir ki, onu təkrar etmək qəlbə təsir qoyar və onu daşlaşdırar. Başqa günahlar üçün müqəddimə olar. İmam Əli (ə) buyurur: "Günah etməmək tövbə etməkdən daha yaxşıdır". İmam (ə) buyurur ki, insan ilk növbədə nəfsini tərbiyə etməlidir. Çalışmalıdır ki, günah etməsin. Ən abid insan o kəsdir ki, Allahın haram buyurduğuna tərəf üz çevirməsin.
Qadağan olunana göz yummaq və günah etməmək - ən üstün ibadətdir. İnsanın özünü günahdan saxlaması ruhuna və canına təsir qoyar. O zaman ki, insan günah edər - sədaqət və iman aradan gedər. Allah şadlığı onun qəlbindən və ruhundan aparar.
Həzrət Peyğəmbər (s) buyurur: "Günah nəticəsində insanların ölümü, əcəlləri çatan zaman ölməklərindən daha çoxdur. İnsanların yaxşılıqları nəticəsində sağ qalmaqları, qalan ömürlərinə xatir yaşamaqlarından daha çoxdur". Həzrət (s) buyurur ki, günah sizin ömrünüzü qısalda bilir, baxmayaraq ki, ömrünüzə hələ qalmış olsa belə. Ancaq əgər yaxşı əməl sahibi olsaydınız, Allah sizin ömrünüzü uzadardı.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, günah insanın həyat sərmayəsini yeyən ziyanverici qurda bənzəyir. O zaman ki, ruha və cana daxil olur, onun bütün yaxşı tərəflərini yeyib, bitirir. Günah insanın həyatındakı bərəkəti aradan aparır. İmam Əli (ə) buyurur: "Nə zaman günah aşkar olar, bərəkətlər aradan gedər".
Dinimizdə əmr-be-məruf və nəhy-əz-munkər deyə bir vacibat vardır ki, məqsədi günahı aradan aparmaq və cəmiyyətdə hüzuru bərpa etməkdir. Ona görə də hər bir müsəlmanın vəzifəsi budur ki, günah görən zaman susmasın. Bacardığı qədər həmin şəxsi hidayət etməyə çalışsın. Əks halda, özü də günahkar sayılar. İmam Sadiq (ə) buyurur: "Hər kimin qonşusu olsa ki, günah edir, ancaq onu çəkindirmir - onun günahına şərik olar". (Həvzəh)
İmam Baqir (ə) nəql edir: "Allah Təala Şuəybə (ə) vəhy edir: "Mən sənin qövmünün 100 min nəfərinə əzab edəcəyəm. Qırx min nəfəri pis əməl sahibinə, altmış min nəfər yaxşı əməl sahibinə". Şuəyb buyurur: "Pərvərdigara! Pis əməl sahibləri layiqdirlər, ancaq yaxşı əməl sahibləri niyə?". Allah Təala vəhy edir: "Onlar günahkarlar ilə yol gəldilər və Mənim qəzəbimə görə qəzəblənmədilər"".
Aşura hadisəsinin baş verməsinin də əsil səbəbi məhz bu İlahi vacibatın unudulması idi. Əgər insanlar bir-birini günahdan çəkindirsəydilər, cəmiyyət bu hala düşməzdi. İnsanların qəlbi daşlaşmazdı ki, Ali-Muhəmmədə (ə) əl qaldırsınlar. Əgər nəhy-əz-munkər yerinə yetirilsəydi, nə Ömər Səd (lən), nə Şimr (lən), nə də İbni Ziyad (lən) belə bir günah etməyə cürət etməzdilər. İmam (ə) öz şəhadəti ilə insanları doğru yola hidayət etdi və Bəni-Üməyyənin pis əməllərinin üstünü açdı. İnsanları qəflət yuxusundan ayıltdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR