Saç yuyarkən edilən 5 səhv

Saç yuyarkən edilən 5 səhv
22:41 5 Noyabr 2016
968 Şou
Ölkə mətbuatı
A- A+

Saç yuyarkən edilən səhvlər saçların cansız və baxımsız görünməsinə səbəb olur.

Axşam.az xarici mətbuata istinadən həmin səhvləri təqdim edir:
 

365 gün eyni şampunu istifadə edirsiniz

Hər şeydən əvvəl saçlarınızı hər gün şampunlamamalısınız və istifadə etdiyiniz şampun da həmişə eyni olmamalıdır. Bir neçə aydan bir şampununuzu dəyişdirməlisiniz.

Şampunlamadan əvvəl saçlarınızı kifayət qədər islatmırsınız

Kifayət qədər su olmadan şampun köpüklənməz və siz də daha çox şampun istifadə etməyə çalışarsınız. Şampunlamaya başlamazdan əvvəl saçınızın tamamilə islandığına əmin olun.

Şampunlamağa ümumiyyətlə eyni yerdən başlayırsınız

Şampunu başınızın üst hissəsinə sürtərək köpükləndirməyə başlayırsınız, arada bir dəyişiklik edin.

Sərt hərəkətlərlə yuyursunuz

Saçınıza zərər verməkdən qaçmaq üçün barmaq uclarınızla yüngülcə masaj edərək yuyun.

İsti su ilə durulayırsınız

Durularkən isti su istifadə etmək baş dərinizin və saçınızın qurumasına səbəb olur, ilıq su ilə yumağa diqqət edin.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60581

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR