HDP ilə əlaqəli iki təşkilatın liderli saxlanılıb

HDP ilə əlaqəli iki təşkilatın liderli saxlanılıb
23:05 5 Noyabr 2016
79 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə Xalqların Demokratik Partiyası (HDP) ilə əlaqəli iki kürd təşkilatının liderləri saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti"yə HDP-nin mətbuat xidmətindən bildirilib.  
 
Məlumata görə, bu gün Regionların Demokratik Partiyası (RDP) həmsədri Səbahət Tüncəl və Demokratik Cəmiyyət Konqresinin həmsədri Leyla Güvən saxlanılıb.  
 
Qeyd edək ki,  Regionların Demokratik Partiyası HDP ilə əlaqəlidir və faktiki olaraq onun regional qoludur. Partiya ölkənin cənub-şərqində bir neçə bələdiyyə və bələdiyyə şurasında təmsil olunub.
 
Demokratik Cəmiyyət Konqresi kürd ictimai hərəkatlarını birləşdirən ictimai təşkilatdır.
 
Xatırladaq ki, noyabrın 4-nə keçən gecə Türkiyədə Demokratik Cəmiyyət Konqresi həmsədrləri Səlahəddin Demirtaş və Figen Yüksək daxil olmaqla partiya üzvü olan 12  millət vəkili saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486734.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR