General: "Ən sonuncu terrorçu məhv olana qədər..."

General: "Ən sonuncu terrorçu məhv olana qədər..."
23:17 5 Noyabr 2016
112 Dünya
Ölkə mətbuatı
A- A+

Gecə-gündüz demədən ən son terrorçunu zərərsizləşdirənə qədər mübarizəmiz davam edəcək.
 
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Türkiyə Baş Qərargahının rəhbəri general Hulusi Akar şəhid Alpər Qocamanın ailəsini ziyarəti zamanı deyib.
 
"Tək hədəfimiz terrorçulardır. Gecə-gündüz demədən ən sonra terrorçunu məhv edənə qədər mübarizə aparacağıq. Dinc vətəndaşımızın ölkə daxilində və xaricində bir dırnağına belə zərər gəlməməsi üçün hər cür tədbir görmüşük", - Akar bildirib.
 
Qeyd edək ki, "Fərat qalxanı" əməliyyatının 74-cü günündə türk hərbçi Alpər Qocaman şəhid olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR