Ayətullah Nuri Həmədani Ərbəin fəaliyyəti üçün yaradılan mərkəzin üzvləri ilə görüşündə belə bir açıqlama ilə çıxış edib: "Bu mərkəzdə fəaliyyət göstərmək çox mühüm, təsirli və müqəddəs bir işdir".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, ərbəin ziyarətinin siyasi hərəkata çevrildiyini deyən Ayətullah Nuri Həmədani, dünya millətlərinin artıq bu məsələyə laqeyd qalmadığını bildirib.
Ayətullah Həmədani Ərbəin səfərinin 30 milyon insanı Kərbəlada bir yerə toplama gücünə malik olduğunu deyərək, İmam Hüseynin (ə) məktəbindən başqa heç bir məktəbin bu qədər xalqları bir yerə cəm edə bilməyəcəyini söyləyib.
Milli.Az