Veron 42 yaşında meydana qayıdır

Veron 42 yaşında meydana qayıdır
23:57 5 Noyabr 2016
116 İdman
Ölkə mətbuatı
A- A+

Argentina yığma komandasınn sabiq yarımmüdafiəçisi Xuan Sebastyan Veron futbolçu karyerasını bərpa etmək niyyətindədir.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Goal.com" portalı yazıb.
Qeyd olunur ki, oyunçu çıxışını hazırda prezidenti olduğu "Estudiantesa" klubunun (Argentina) heyətində davam etdirmək istəyir. O, 2017-ci ilin əvvəlinə kimi formaya düşmək üçün artıq məşqlərə başlayıb. Nəşr yazır ki, futbolçu karyerasını 42 yaşından sonra klubun bilet satışını artırmağa kömək etmək üçün bərpa etmək niyyətindədir.
Veron karyerası ərzində Argentinanın "Estudiantesa", "Boka Xuniors", İtaliyanın "Sampdoriya", "Parma", "Latsio" və "İnter", həmçinin İngiltərənin "Çelsi" və "Mançester Yunayted" klublarında çıxış edib. O, karyerasını 2014-cü ildə bitirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR