Tibbi sığorta bahalaşıb - SƏBƏB (VİDEO)

Tibbi sığorta bahalaşıb - SƏBƏB (VİDEO)
05:13 6 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Könüllü tibbi sığorta bahalaşıb. Sığorta şirkətləri bunu tibbi sığorta xərclərinin artması ilə əlaqələndirirlər.

Belə ki, manatın məzənnəsindəki dəyişikliklərlə əlaqədar son bir ildə dərmanların qiyməti 20-30 % artıb. Bu da öz növbəsində sığorta qiymətlərinə təsir edir.

Sığorta eksperti Daşdəmir Niftəliyev deyir ki, bahalaşma təkcə dərmanlarda deyil, tibbi xidmətlərin də qiyməti artıb.

Ona görə də hazırda bazarda tibbi sığorta 40-50 faizə qədər bahalaşıb.

Ekspertlər onu da vurğulayırlar ki, ölkəmizdə tibbi sığortanı daha çox fiziki şəxslər deyil, firmalar elətdirirlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR